Şənbə , Oktyabr 24 2020
Ana səhifə / Aktual / “Bələdiyyə sədrləri işlərində ciddi dönüş yaratmalıdır” – Emin Eyvazov

“Bələdiyyə sədrləri işlərində ciddi dönüş yaratmalıdır” – Emin Eyvazov

“Məlum olduğu kimi bu il dövlət büdcəsindən bələdiyyələr üçün 1 mln manat subvensiya ayrılıb. Siz çalışmalısınız ki, aldığınız subvensiyalardan istifadə edərək maximum dayanıqlı gəlir mənbələri əldə edəsiniz. Fürsətdən istifadə edib bələdiyyə sədrlərinə müraciət edirəm: dayanıqlı gəlir əldə etmək istiqamətində real layihələri müzakirə edib Milli Assosiasiyalar vasitəsi ilə Maliyyə Nazirliyinə vaxtında müraciət etsinlər. Bir sözlə dövlətin bu əvəzsiz qayğısından faydalana bilsinlər”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri Prezident Administrasiyasının Ərazi-təşkilat şöbəsinin Bələdiyyələrlə iş sektorunun müdiri Emin Eyvazov  aprelin 30-da Səbail rayonunda  “Alov Qülləri” kompleksində keçirilmiş Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının Ümumi Yığıncağında söyləyib.

 Bələdiyyələrin maliyyə-iqtisadi potensialının artırılması barədə o qeyd edib ki, 19 ildir bələdiyyə fəaliyyət göstərir:

“Bu 19 ildə bəzi bələdiyyələrimiz hələ də müfəssəl uçot sistemi yaratmayıb. 

Səbəb nədir? Ya bələdiyyələr özləri bu işdə maraqlıdırlar, ya da ki, öz işlərinin öhdəsindən gələ bilmirlər”. 

Emin Eyvazov hesab edir ki, vergi və ödənişlərin lazımi səviyyədə yığılmamasının əsas səbəbləri tədiyyəçilərin tam həcmdə uçota alınmamasındadır. Əvvələr tədiyyəçilərin uçota alınmasında, vergi və ödənişlərin düzgün hesablanması və tədiyyəçilərə bildirişin çatdırılmasıda, eyni zamanda aidiyyatı statistik məlumatlrın operativ hazırlanmasında çətinliklər var idisə, hal hazırda bu çətinliklər Milli Assosiasiyaların dəstəyi nəticəsində bələdiyyələrin istifadəsinə verilmiş BAMS proqramı vasitəsi ilə aradan qaldırılmışdır.

Emin Eyvazov yığıncaqda iştirak edən şəhər bələdiyyələrinin sədrərinin diqqətinə çatdırıb ki, ilk növbədə rəhbərlikdə təmsil olunan şəxslər daha da məsuliyyətli olmalıdır. Qanunların aliliyini, yeniliyi, şəffaflığı, sakinlər qarşısında hesabatlılığı təmin etməyən bələdiyyə sədrlərinin fəaliyyəti ilk növbədə seçicilərini və müvafiq dövlət orqanlarını narahat etməyə bilməz.

Nəzərə alsaq ki, bu ilin sonunda növbəti dəfə bələdiyyə seçkiləri keçiriləcəkdir. Bələdiyyə seçkilərinin demokratikliyinə təsir edən ən mühüm amillərdən biri də bu qurumların cəmiyyətdə nüfuzlu olmasıdır. Ona görə də bələdiyyə sədrləri daha məsuliyyətli olmaqla işlərində ciddi dönüş yaratmalıdırlar. – deyə E. Eyvazov vurğulayıb.

Həmçinin oxuyun

Qubadlı rayonu Ermənistan ərazisindən artilleriya atəşinə tutulur – Müdafiə Nazirliyi

Döyüş mövqelərini itirərək geri çəkilməyə məcbur edilən düşmən Ermənistanın Gorus rayonu istiqamətindən Azərbaycanın Qubadlı rayonunun …