Çərşənbə , İyul 6 2022
Ana səhifə / Aktual / Bəhram Bağırzadənin paylaşdığı video etirazla qarşılandı

Bəhram Bağırzadənin paylaşdığı video etirazla qarşılandı

Əməkdar artist Bəhram Bağırzadənin sosial şəbəkə hesabındakı son paylaşımı etirazla qarşılanıb.

“ Azinforum.az ” xəbər verir ki, o, küçədə duran bir şəxsə “camaata məsləhətin nədir” sualı ilə yaxınlaşıb.

Həmin şəxsin çəkilişə icazə verməməsinə baxmayaraq, Bağırzadə onun sözlərinə məhəl qoymayıb, çəkilişinə davam edib və üstəlik həmin görüntüləri instaqram səhifəsində paylaşıb.

Əməkdar artistin bu hərəkəti kəskin tənqid olunub. Yazılan saysız-hesabsız tənqidi şərhlərdən sonra B. Bağırzadə sözügedən paylaşımı silməli olub.

Məsələ ilə bağlı Əməkdar artistlə əlaqə saxlamağa çalışdıq, lakin onun telefonu bağlı olduğundan danışa bilmədik.

B. Bağırzadə həmin şəxsin üzünü açıq paylaşsa da, biz etik qaydaları nəzərə alaraq, onu üzübağlı təqdim edirik: 

https://ok.ru/videoembed/3698474551914

Həmçinin oxuyun

Sabirabad icra hakimiyyətində HƏBSLƏR GÖZLƏNİLİR – Siraqəddin Cabbarovun VAXTI YETİŞİB

Sabirabad rayon icra başçısı Siraqəddin Cabbarovla birinci müavini Həsən Həsənovun çətin duruma düşdüyü və vəzifələrindən …