Bazar ertəsi , Sentyabr 16 2019
Ana səhifə / Aktual / Bəhram Bağırzadə AzTV-dən niyə getdi?

Bəhram Bağırzadə AzTV-dən niyə getdi?

Əməkdar artist Bəhram Bağırzadə AzTV ilə yollarını ayırıb. Şoumen dövlət kanalı ilə müqaviləsini ləğv edib, yeni layihəsini başqa kanalda işıqlandırmaq fikrindədir. 

“Qafqazinfo” mövzu ilə bağlı AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsi ilə əlaqə saxlayıb.  Bildirilib ki, B. Bağırzadənin layihəsinin dayandırılmasına səbəb sponsorun geri çəkilməsidir:

“Bəhram Bağırzadə ilə yeni layihənin baş tutmamasına səbəb sponsorun layihədən imtina etməsidir. AzTV ilə Əməkdar artist arasında hər hansı anlaşılmazlıq olmayıb.  Hətta “Bəhram +” proqramının bir neçə buraxılışının çəkilişləri baş tutmuşdu. Lakin sponsorun geri çəkilməsi verilişin dayanmasına səbəb oldu. Bununla belə yeni mövsümdə daha kreativ layihələrlə görüşünüzə gələcəyik”. 

Qeyd edək ki, Əməkdar artist media.az-a müsahibəsində kanalla olan müqaviləsini pozduğunu söyləmişdi. 

Həmçinin oxuyun

İki deputat yenidən direktor oldu – AMEA-da seçki

Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətində Humanitar Elmlər Bölməsinin (HEB) ümumi yığıncağı keçirilib.AEMA-dan Mia.az-a verilən məlumata …