Bazar , Yanvar 17 2021
Ana səhifə / Aktual / Bədbəxt hadisə yaşanmış Şəki Xan Sarayı barədə QƏRAR VERİLDİ – RƏSMİ

Bədbəxt hadisə yaşanmış Şəki Xan Sarayı barədə QƏRAR VERİLDİ – RƏSMİ

Bu həftənin sonu qədər Şəki Xan Sarayına giriş bərpa olunacaq.


Bunu Moderator.az-ın sorğusuna cavab olaraq Dövlət Turizm Agentliyinin (DTA) mətbuat xidmətinin rəhbəri Kənan Quluzadə bildirib.


K.Quluzadə qeyd edib ki, saray ətrafındakı ağaclarda budanma, ərazidə bərpa,  və təmizlik işləri yekunlaşıb:


“Saraya girişin bərpa olunması istiqamətində digər dövlət qurumları ilə razılaşdırılmalar aparılıb”.

Qeyd edək ki, iyulun 14-də saat 12 radələrində Şəki Xan Sarayı ərazisində 1530-cu ilə aid ağacın təxminən 50 santimetr diametrində olan budağının qəflətən qırılaraq həmin vaxt sarayın həyətində olan turistlərin üzərinə düşməsi nəticəsində 19 nəfər xəsarət alıb. Onlardan 2-si Azərbaycan əsilli Rusiya vətəndaşı, 5-i Suriya vətəndaşı, digərləri isə Azərbaycan vətəndaşlarıdır. 
Hadisə nəticəsində yaralanan Azərbaycan vətəndaşlarından biri xəstəxanada dünyasını dəyişib.

Həmçinin oxuyun

“Vüqar Səfərli işi” daha kimlərin həbsinə apara bilər?

Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) sabiq icraçı direktoru Vüqar Səfərlinin …