Şənbə , İyul 31 2021
Ana səhifə / Aktual / AzTV yoluxanlarla bağlı məlumat yaydı

AzTV yoluxanlarla bağlı məlumat yaydı

“Azərbaycan Televiziyası və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti (QSC) də əməkdaşı, Əməkdar incəsənət xadimi Etibar Babayevin ölümü ilə bağlı məlumat yayıb. 

“Qafqazinfo”ya daxil olan məlumatda deyilir ki, E.Babayev 1967-ci ildə Bakıda anadan olub. AzTV-də 30 ilə yaxın müxtəlif vəzifələrdə çalışıb. 2018-ci ildə AzTV-nin Bədii rəhbəri olub. 2019-cu ilin fevral ayından isə Kinoproqramlar və dublyaj Baş Redaksiyasının baş redaktoru vəzifəsinə təyin olunub.

Qeyd edilib ki, hazırda kanalın 5 əməkdaşı xəstəxanada koronavirusdan müalicə alır, 1 nəfər isə evə buraxılıb və onların səhhətində hər hansı ağırlaşma yoxdur.

Xəstəliyin əməkdaşlar arasında geniş yayılmaması üçün şirkət daxilində gücləndirilmiş dezinfeksiya tədbirləri davam etdirilir, hərarəti yüksək olan əməkdaşlar QSC daxilinə buraxılmır. Ümumi sayı 3000-ə yaxın olan kollektivin hazırda yalnız 1000 nəfəri iş başındadır. Qalan əməkdaşlar isə əməkdaşlığı distant şəkildə, evdə qalaraq davam etdirir.

Xatırladaq ki, QSC-nin rejissoru Samir Nemətzadə də bir neçə gün əvvəl koronavirusdan vəfat edib.

Həmçinin oxuyun

Türkiyə bu il 25 milyon turisti qonaqlamağı hədəfləyirdi… – Deputat

“Türkiyədə baş verən meşə yanğınları qardaş ölkənin iqtisadiyyatına da mənfi təsir göstərir. Yanğınlar daha çox …