Çərşənbə axşamı , İyun 15 2021
Ana səhifə / Aktual / AzTV və AzərTAc-ın əməkdaşları Kəlbəcərdə minaya düşərək həlak oldular – VİDEO

AzTV və AzərTAc-ın əməkdaşları Kəlbəcərdə minaya düşərək həlak oldular – VİDEO

Azərbaycan Televiziyasının (AzTV) operatoru 1989-cu il təvəllüdlü Sirac Abışov və Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AzərTAc) əməkdaşı Məhərrəm İbrahimov (Əlioğlu) Kəlbəcər rayonunda xidməti vəzifələrini yerinə yetirərkən minaya düşərək həlak olublar.

Bu barədə “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC məlumat yayıb.

Bildirilib ki, Kəlbəcərin Susuzluq kəndinə gedən nəqliyyat vasitəsi minaya düşüb. Nəticədə AzTV-nin operatoru Sirac Abışov və AzərTAc-ın xüsusi müxbiri Məhərrəm İbrahimov həlak olublar.

Həmçinin oxuyun

Damla: “Yuvamı yıxdılar, oğlumu atasız qoydular“ – Video

“Çox az müddət ailəli qaldım. Bu evliliyə görə peşman deyiləm”. Bu sözləri müğənni Damla Xəzər …