Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Aktual / AzTV-nin yeni sədri radioda şura yaratdı, onlara vəzifə verdi – SİYAHI

AzTV-nin yeni sədri radioda şura yaratdı, onlara vəzifə verdi – SİYAHI

“Azərbaycan Televiziya və Radio Verilişləri” (AzTV) Qapalı Səhmdar Cəmiyyətinin nəzdində Azərbaycan radiosunda Bədii Şura yaradılıb. 
Mia.az AzTV-yə istinadla bildirir ki, eyni zamanda, aşağıdakı şəxslər yeni şuranın tərkibinə daxil ediliblər:
1. Rəşad Nəsirov – AzTV – nin sədr müavini
2. İlham Rəhimli – “Mədəniyyət” kanalı Proqram direktorunun müavini
3. Eldost Bayramov – Diktor
4. Ələmdar Quluzadə – “Uşaq verilişləri” redaksiyasının baş redaktoru
5. Şəfəq Əlizanlı – “Ədəbiyyat və İncəsənət” redaksiyasının baş redaktoru
6. Qorxmaz Şıxalıyev – “Səhər” redaksiyasının baş redaktor müavini
7. Rövşən Ramazanlı – “Xəbərlər” redaksiyasının baş redaktor müavini.
Xatırladaq ki, Prezident İlham Əliyevin tapşırığına əsasən AzTV QSC-də artıq 8 aydır ki TV sahəsində Bədii Şura fəaliyyət göstərir. Şura hər ay 2 dəfə topıanır və müzakirələr aparır. Radioda yaradılan bədii şura da 2 aydan bir topıanacaq və Azərbaycan Radiosunda yayımlanacaq musiqi və verilişlərin keyfiyyətinə nəzarət edəcək.

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …