Şənbə , Avqust 8 2020
Ana səhifə / Aktual / AzTV-nin ölən əməkdaşının səsyazısı haqda – Rəsmi açıqlama

AzTV-nin ölən əməkdaşının səsyazısı haqda – Rəsmi açıqlama

TƏBİB AzTV-nin koronavirusdan dünyasını dəyişmiş əməkdaşı Samir Nemətzadənin 1 saylı Klinik Tibbi Mərkəzdəki vəziyyətlə bağlı yaydığı səsyazısına münasibət bildirib. 

 Qurumun mətbuat xidmətinin rəhbəri Rəvanə Əliyeva “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirib ki, ötən gün sosial şəbəkələrdə koronavirusdan dünyasını dəyişən Azərbaycan Televiziyasının əməkdaşı Samir Nemətzadənin səsyazısı yayılıb: “Bildiririk ki, S.Nemətzadə özəl klinikalardan birində müayinə olunduqdan sonra ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Daxil olarkən pasiyentin diaqnozu: kəskin respirator xəstəlik, ağır gedişli, ikitərəfli total pnevmoniya (“buzlu şüşə”), anemiya, splenomeqaliya, kəskin ağciyər-ürək çatışmazlığı olub. Xəstəxanaya daxil olarkən reanimasiyaya yerləşdirilən S.Nemətzadə süni tənəffüs cihazına qoşulub, lakin göstərilən səylərə baxmayaraq, 40 dəqiqə sonra bioloji ölüm baş verib.

Qeyd edildiyi kimi, pasiyent reanimasiya şöbəsinə yerləşdirildiyindən, həmin şöbədə su və sanitar qovşağın mövcud olmaması reanimasiya şöbəsinin şərtlərinə uyğundur”.

Həmçinin oxuyun

Azərbaycanda karantin rejimi növbəti dəfə yumşaldılır

COVID-19 infeksiyasına yoluxmanın dinamikasında müsbət tendensiyanın müşahidə olunması və iqtisadi aktivliyin gücləndirilməsi zərurəti nəzərə alınaraq …