Cümə , Oktyabr 30 2020
Ana səhifə / Aktual / AzTV-nin iki ölkədə bürosu bağlanır – Daha iki təmsilçi geri çağırılır

AzTV-nin iki ölkədə bürosu bağlanır – Daha iki təmsilçi geri çağırılır

Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətində (AzTV) kadr islahatları davam etdirilir.

“ Azinforum.az ” ın Report-a istinadən məlumatına görə, QSC-nin sədr vəzifəsini icra edən Rövşən Məmmədov qurumda keçirilən daxili iclasda bununla bağlı müvafiq qərarlar qəbul edib.

İclasda AzTV-nin Böyük Britaniya və Yaponiya bürosunun bağlanması, Ukrayna və Şərqi Avropa üzrə təmsilçisinin isə geri çağırılaraq işdən azad edilməsi barədə qərar qəbul edilib. Bundan başqa QSC-nin daxili strukturlarında da bir sıra şəxslərin vəzifəsindən azad edilməsi barədə qərar qəbul edilib. Qeyd olunan bürolardakı təmsilçilər təhvil-təslim üçün Bakıya çağırılıblar. Əldə olunan məlumata görə, aparılan bütün kadr islahatlarına səbəb onların fəaliyyətlərində yol verdikləri ciddi nöqsanlardır.REKLAM

Xatırladaq ki, bu gün yayılan digər məlumata görə AzTV-nin yeni rəhbərliyi digər qərarla qurumun maliyyə rəhbərliyini vəzifədən azad edib, audit yoxlamalara başlanılıb.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin yanvarın 15-də imzaladığı sərəncamla Arif Alışanov qurumun sədri vəzifəsindən azad olunub. Dövlət televizayasının sədri vəzifəsinin icrası tanınmış jurnalist, sədr müavini vəzifəsini tutmuş Rövşən Məmmədova tapşırılıb.

Həmçinin oxuyun

Qarabağda sonuncu erməni qalanadək: İrəvandakı “müharibə partiyası”nın intihar qərarı

Ermənistan haqq elədiyini axır ki, almaqdadır. Özü də artıqlaması ilə. Təcavüzkar ölkənin terrorçu və faşist …