Ana səhifə / Aktual / AzTV-də baş rejissor və bədii rəhbər işdən çıxdı

AzTV-də baş rejissor və bədii rəhbər işdən çıxdı

“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin bədii rəhbəri Ranar Musayev və baş rejissoru Ziya Ağa vəzifələrindən ayrılıblar.

Bu barədə “ Azinforum.az ” – a telekanalın Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nərgiz Rəfiyeva bildirib.

“Ziya Ağa fevralda, Ranar Musayev isə martda işdən ayrılıb. Hər ikisi öz istəyi ilə”, – Rəfiyeva deyib.

Sözçü əlavə edib ki, onların yerinə yeni təyinat yoxdur.

Qeyd edək ki, R. Musayev bədii rəhbər vəzifəsinə 2019-cu ilin fevralında təyin olunmuşdu.

Həmçinin oxuyun

Quru sərhədlərin açılmaması ilə bağlı yeni versiyalar: Hökumət nədən çəkinir?

Azərbaycanın quru sərhədlərinin daha üç ay bağlı qalması ilə bağlı qəbul edilən axırıncı qərardan sonra …