Cümə , Oktyabr 23 2020
Ana səhifə / Aktual / “AzTV-də bizi yaxşı işıqlandırmırlar” – Deputat narazılıq etdi

“AzTV-də bizi yaxşı işıqlandırmırlar” – Deputat narazılıq etdi

“Deputatların maaşlarının artırılmasına bəlkə də ehtiyac yoxdur. Çünki bu məsələ gündəmə gələn kimi, ajiotaja səbəb olur. Amma müavinətlərin artırılması yaxşı olardı”.

“Qafqazinfo” xəbər verir ki, bunu deputat Tahir Kərimli “Milli Məclisin xərclər smetası haqqında” qanun layihəsinin müzakirəsində deyib.

O həmçinin qeyd edib ki, parlamentin işçilərinin bir çoxu hələ də evsizdir, onların mənzillərə ehtiyacları var: “ Zaman-zaman bu istiqamətdə addımlar atılır. Ona görə yaxşı olardı ki, Milli Məclisin əməkdaşlarının mənzilə olan  ehtiyaclarının və poblemlərinin həlli üçün yeni addım atılsın, onlar üçün bina tikilsin”.

T. Kərimli eyni zamanda bildirib ki, parlamentin telekanalının yaradılmasına ciddi ehtiyac var: “Neçə illərdir ki, bu məsələ gündəmdədir, ona görə bu məsələ öz həllini tapmalıdır. AzTV-də də bizi yaxşı işıqlandırmırlar. Hansı ki, bizim vergilərimiz hesabına maliyyələşir. Bəzən fikirlərimiz təhrif olunur. Bu, mənim də tez-tez başıma gəlir, elə himn məsələsində olduğu kimi. Televiziyamız olsa, millət həqiqətin nə yerdə və necə olduğunu bilər”.

Həmçinin oxuyun

Ərdoğan işğala məruz qalanla işğalçını ayırd etməyin vacibliyini Ruhaninin diqqətinə çatdırdı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və İran Prezidenti Həsən Ruhani arasında telefon danışığı olub. “Anadolu” …