Bazar ertəsi , Oktyabr 26 2020
Ana səhifə / Aktual / “AzNar” şirkəti Göyçayda 1600 ailəni əhatə edən yardım kampaniyasına başladı

“AzNar” şirkəti Göyçayda 1600 ailəni əhatə edən yardım kampaniyasına başladı

Göyçay rayonunda fəalyyət göstərən “AzNar” QSC-nin sahibi,  Azərbaycan əsilli rusiyalı iş adamı Fərhad Əhmədov bu rayonda geniş ərzaq yardımı kampaniyasına başladıb.

Azinforum.az – in Göyçay müxbiri xəbər verir ki, yardım kampaniyası koronavirus epidemiyasına görə Azərbaycanda tətbiq edilmiş xüsusi karantin rejimi səbəbindən evlərində qalan 65 yaşdan yuxarı insanları, şəhid ailələrini, Qarabağ və Böyük Vətən müharibəsi iştirakçılarını, habelə onların ailə üzvlərini, tənha ahılları, yataq xəstələrini, məcburi köçkünləri, karantin rejimində işləmədiyi üçün sosial durumu çətinləşənləri, çoxuşaqlı kasıb ailələri, ailə başçısını itirmiş qadınları əhatə edir.

F.Əhmədovun tapşırığı ilə “AzNar” QSC həmin ailələrə zəruri ərzaq məhsullarından ibarət bağlamalar çatdırmağa başlayıb. Kampaniya dünəndən start götürüb və cəmi 1600 ailəni əhatə etməklə, aprelin 11-nədək davam edəcək.

Hər ailə üçün nəzərdə tutulan ərzaq yardımına toyuq əti, kərə yağı, düyü, qarabaşaq, makaron, qarğıdalı yağı, qatılaşdırılmış süd, un, yumurta, duz, kartof, soğan, çay, salfetka, qənd və “AzNar”ın meyvə şirələri daxildir.

Müxbirimiz onu da xəbər verir ki, F.Əhmədov Göyçayda 10 imkansız ailəyə əlavə olaraq dərman almaq və müalicə üçün maddi yardım da göstərib. Göyçaylılar bu çətin günlərdə onlara dəstək olan iş adamına minnətdarlıqlarını çatdırıblar.

Xatırladaq ki, bundan əvvəl F.Əhmədov prezident İlham Əliyevin çağırışına qoşularaq Koronavirusla Mübarizəyə Dəstək Fonduna 1 milyon manat ianə köçürmüşdü.

Biznesmen uzun illərdir ki, Göyçay və İsmayıllı rayonunda yeni iş yerləri açmaq üçün yatırımlar qoyur, habelə Azərbaycanda geniş xeyriyyəçilik fəaliyyəti ilə məşğul olur. Bura Rəssamlıq Akademiyasının bir qrup tələbələrinə fərdi təqaüdlərin verilməsi, xəstələrin müalicəsi, imkansız ailələrə vaxtaşırı olaraq maddi yardımlar və digər xeyriyyəçilik fəaliyyəti daxildir.

Həmçinin oxuyun

“Şükür Həmidovun qanı doğulduğu torpağa tökülüb” – Şəhid Milli Qəhrəmanının atası

“Mən oğlum Milli Qəhrəman Şükür Həmidovun Qubadlının azadlığı uğrunda şəhid olmasından təsəlli tapıram. Övladımın qanı …