Çərşənbə , Oktyabr 21 2020
Ana səhifə / Aktual / Azinforum.az yazdı, “Xəzər” televiziyası reaksiya verdi, DYP  isə əsasız arqument səsləndirdi – VİDEO

Azinforum.az yazdı, “Xəzər” televiziyası reaksiya verdi, DYP  isə əsasız arqument səsləndirdi – VİDEO

Bir neçə gün əvvəl, Bakı şəhər Keşlə qəsəbəsi Nizami Abdullayev küçəsi 4-44 ünvanında yaşayan vətəndaş Fərəcov Ramin Abasqulu oğlu Azinforum.az-a etdiyi müraciətdə rastlaşdığı dəhşətli kurioz hadisədən bəhs etmişdi.

Şikayətçi bildirib ki, 2014-cü ildən başlayaraq, onun daimi qeydiyyatda olduğu ünvana Dövlət Yol Polisi tərəfindən göndərilən qayda pozuntusu,  cərimələrin  olmasına dair MMX protokolları gəlməyə başlayıb:

“Baxdım ki, cərimələr “Mercedes” markalı 90 -EP- 648 avtomobilinə gəlib. Heç vaxt belə avtomobilimin olmaması və kiminsə bu parametrlərə uyğun avtomobili etibarnamə ilə mənə verməməsi səbəbindən məsələnin texniki yalnışlıq olduğunu zənn etdim. Sonra gördüm ki, cərimələrin gəlişi daha da intensivləşidi. DYP-yə şikayət etdim. General Ramiz Zeynalovun oturduğu binanın 301-ci otağında mənə dedilər ki, avtomobilin  texniki pasportunda mənə məxsus olduğu göstərilir. Belə olan təqdirdə mən avtomobilin niyə başqasında olduğu ilə maraqlandım. Sənəddə mənim adımadırsa, niyə başqası sürür və cərimə mənim adıma gəlir? Bu suallardan yayınan DYP zabiti bildirdi ki, ərizə yazmalıyam və yalnız həmin avtomobil kiməsə satılanda burda sənədləşdirilən vaxt onlar məni dəvət edə bilərlər. Mənə aidiyyəti olmayan, lakin ünvanıma yazılan cərimələrin həcmi o qədər böyüyüb ki, hazırda ölkədən çıxışıma qadağa  qoyulub. Mən general Ramiz Zeynalovdan xahiş edirəm ki, bu məsələni şəxsən öz nəzarətinə götürüsün. Ümumiyyətlə əlaqəm olmayan və heç vaxt pul verib almadığım bir avtomobilin hansı məqsədlə adıma sənədləşdirildiyi dəqiq  araşdırılsın. Bu işdə təqsiri olan səlahiyyətli şəxslərin qanun qarşısında cəzalandırılmasını tələb edirəm. Sabah həmin maşınla kimsə bir cinayət törətsə, yenə məsuliyyəti mən daşımalıyam? Belə haqsızlıq olmaz axı… Şikayətimə DYP tərəfindən lazımi reaksiya verilməyəcəyi təqdirdə, həmin qurum barəsində məhkəmə iddiası qaldırmağa məcbur olacam”.

Qeyd edək ki, Azinforum.az-ın ictimailəşdirdiyi bu mövzu ölkənin bir çox KİV-ləri tərəfindən tirajlanıb.  Ötən gün isə “Xəzər” televiziyası bu istiqamətdə araşdırma aparıb.  Sözügedən televiziyanın təqdim etdiyi süjetdə DYP sözcüsü kimi Kamran Əliyevin də mövqeyinə yer  verilib.  Kamran Əliyev bildirib ki, həmin avtomobil məhz Ramil Fərəcova məxsusdur və şikayətçi 2009-cü ilin avqustun 5-də DYP-də ona məxsus olan avtomobilin başqa ada keçirilməməsilə bağlı ərizə yazıb. Ramil Fərəcov Azinforum.az-a DYP-nin bu cür reaksiyasından təəccübləndiyini bildirdi:

“Mən təəssüf edirəm ki, DYP bu məsələdə çıxış yolunu ünvanıma böhtan atmaqda görür.  Mən 2009-cu ildə sözügedən avtomobillə bağlı heç bir ərizə yazmamışam. Yalnız 2017-ci ilin avqustun 5-də DYP-nin əsas binasının 301-ci otağında Kamran Əliyevin dediyi məzmunda ərizə yazmışam ki,  avtomobil başqasının adına keçirilməsin. Bunu da özümlə bağlı məqamın araşdırılması üçün etmişəm. Maraqlıdır, niyə DYP həmin avtomobili saxlayıb cərimə meydançasına salıb, mənim və həmin maşını hazırda idarə edən adamın iştirakı ilə lazımi araşdırma aparmır?”

 

AZİNFORUM.AZ

Həmçinin oxuyun

“Allah daim xalqımızın başını uca eləsin!..” – Zəngilanın işğal günlərindəki icra başçısı

“Milli Ordumuzun bir sıra rayonlarımızın kəndləriylə yanaşı, strateji əhəmiyyətli Zəngilan rayon mərkəzini də azad etməsi …

Bir cavab yazın