Cümə , Aprel 19 2024
Ana səhifə / AZİNFORUM.AZ-IN CADUGƏRLƏRLƏ BAĞLI  ARAŞDIRMASI RƏSMİ QURUMLARI HƏRƏKƏTƏ KEÇİRDİ –  ŞAMAXILI SVETA MƏSULİYYƏTƏ CƏLB OLUNDU

AZİNFORUM.AZ-IN CADUGƏRLƏRLƏ BAĞLI  ARAŞDIRMASI RƏSMİ QURUMLARI HƏRƏKƏTƏ KEÇİRDİ –  ŞAMAXILI SVETA MƏSULİYYƏTƏ CƏLB OLUNDU

Azinforum.az İnformasiya Portalının əyalətlərdə fəaliyyət göstərən falçı və cadugərlərlə bağlı apardığı jurnlist araşdırmasına əlaqədar dövlət qurumları tərəfindən reaksiya verilib. Qeyd edək ki, “CADUGƏRLƏR NİYƏ MƏSULİYYƏTƏ CƏLB OLUNMUR… –  ŞAMAXIDAKI SVETANI KİM HİMAYƏ EDİR?” başlığı ilə təqdim etdiyimiz jurnalist araşdırmasında barələrində kifayət qədər şikayətlərin olduğu səbəbindən bəzi falçıların  konkret adlarını çəkmişdik.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQIDK) müvafiq bölgə şöbələri Daxili İşlər Nazirliyinin (DİN) yerli bölmələri ilə birlikdə Ucar və Şamaxı rayonlarında falçı adı altında fəaliyyət göstərən şəxslərə qarşı yoxlama tədbirləri həyata keçirib.
Komitədən Azinforum.az-a  bildirilib ki, yoxlama tədbirləri zamanı falçılıq adı altında fəaliyyət göstərən Ucar rayonu Qaracallı kənd sakini Məlahət Qafarova və Şamaxı rayon sakini Sveta İsmayılova müəyyən edilərək dindirilib. Dindirilmə zamanı hər iki şəxslə mövcud qanunvericilik barəsində söhbət aparılıb, adıçəkilən şəxslərin qanunazidd fəaliyyətləri nəticəsində əldə ediləcək əmlakın inzibati və cinayət məsuliyyəti yaradacağı ilə bağlı xəbərdarlıq edilib.
Hər iki şəxs yol verdikləri əməldən peşman olduqlarını və bu fəaliyyətlə bir daha məşğul olmayacaqlarını bildirib.
Vətəndaşların diqqətinə çatdırılır ki, aldadılaraq inamından sui-istifadə olunan, pulu mənimsənilən şəxslər mütləq şəkildə hüquq-mühafizə orqanlarına müraciət etsinlər.

Azinforum.az olaraq əlaqədar dövlət qurumlarına saytımızın araşdırmasına verdikləri  operativ reaksiyaya  görə  dərin minnətdarlığımızı bildiririk.

Çinarə SEYİDOVA

AZİNFORUM.AZ

 

Həmçinin oxuyun

Təhsil, iş və cəmiyyətə inteqrasiyadan kütləvi məhrum olmuş gözdən əlillər

Orta ixtisas təhsilli ibtidai sinif müəllimi Şəhla İmanova gözdən əlil uşaqlar üçün ölkədə fəaliyyət göstərən …

Bir cavab yazın