Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Aktual / “Azercell”in yeni direktoru kimdir? – Sona Abbasova barədə EKSKLÜZİV

“Azercell”in yeni direktoru kimdir? – Sona Abbasova barədə EKSKLÜZİV

26 yaşında Bakıya gəldi, 45 yaşında magistr təhsili aldı və… – Maraqlı məqamlar

“PAŞA Bank”ın Korporativ Kommunikasiyalar Departamentinin Direktoru Sona Abbasova “Azercell Telekom”un direktoru təyin edilib.

Hokm.az bu günlərdə vəzifəsinin icrasına başlayan yeni direktorun həyatından maraqlı anları oxuculara təqdim edir:

Gəncədən Bakıya, Bakıdan da Gəncəyə – Bu dəfə ingilis dili müəlliməsi kimi… 

Sona Abbasova Gəncə şəhərində anadan olub. Azərbaycan Dillər Universitetində ingilis dili pedaqogikası üzrə oxuyub, universiteti qırmızı diplomla bitirib. Mətbuata söylədiyinə görə, həmyaşıdları təhsil almaq, ardınca ailə qurmaq xəyalında olub. O da bu qaydaya tabe olub və universiteti bitirdikdən sonra doğma Gəncəyə qayıdıb. Azərbaycanın “ikinci paytaxtı”nda orta məktəblərdən birində ingilis dili müəlliməsi olaraq fəaliyyətə başlayıb.

Hələ orta məktəb illərindən aktiv ictimai fəaliyyətlə məşğul olan S.Abbasova bir müddət sonra anlayır ki, onun potensialı təkcə pedoqoji sahə ilə kifayətlənmir. Bundan sonra Azərbaycanda fəaliyyət göstərən müxtəlif humanitar yardım və inkişaf təşkilatları ilə əməkdaşlıq etməyə başlayır. Bu təşkilatlarda tərcüməçi kimi çalışır və bu fəaliyyət onu yenidən paytaxta qaytarır.

Avropaya çıxış, kiçik məvacib və gələcəyə inam…

Sona Abbasovanın bildirdiyinə görə, o dövrdə orta məktəb müəllimləri beynəlxalq təşkilatlarla çalışan tərcüməçilərdən 10 dəfə artıq məvacib alırmış. Bu səbəbdən onun bununla bağlı qərarı birmənalı qarşılanmayıb. Bu müddətdə müxtəlif Avropa dövlətlərində ezamiyyət səfərləri edir və bu səfərlər onun həyata baxışının əhəmiyyətli şəkildə dəyişməsinə səbəb olur. Əsas əxs etdiyi keyfiyyət isə karyera yolunda inamla addımlamağı, irəliyə baxmağı öyrənmək olur.

Bir iş məsələsi ilə əlaqədar Bakıya gəlir. İşini həll edib bitirəndən sonra isə rayona qayıtmalı idi. Gəncədə çalışdığı illərdə çox yerə CV göndərsə də, cavab gəlmirdi. Bu səfər onun həyatında ciddi dönüş mərhələsi olur. Axşam saat 6-da Gəncəyə  yola düşməli olan Sona xanıma zəng gəlir və hər şey elə bundan sonra başlayır. Günorta zəng etdilər ki, BMT-də iş üçün müsahibəyə gəl. Müsahibə uzanır və onun diqqəti rayona gedəcək avtobusa gecikməsində olur.

Sabahdan işə başlayırsan, get hazırlaş!

Lakin ona bildirirlər ki, sabahdan işə başlayırsan. Beləcə vaxtilə tələbə kimi ayrıldığı Bakıya bu dəfə Sona xanım BMT-nin Azərbaycan Nümayəndəliyinin əməkdaşı kimi geri dönür. Ardınca HSBC Bankda və Avropa Yenidənqurma və İnkişaf Bankında çalışır. Növbəti dayanacaq isə “PAŞA Bank” olur. Burada çalışdığı dövrdə təhsilini artırmağı unutmayan S.Abbasova dünyanın ilk onluğuna daxil olan məktəbdə – İspaniyadakı “İE Biznes Məktəbi”ndə təhsil alır.

Beləliklə, öz sevdiyi işin sahibi olur – kommunikasiya üzrə mütəxəssis. İnsanlarla təmas, davamlı ünsiyyətlər, ictimai əlaqə, kütləvi tədbirlər – beləcə keçmiş ingilis dili müəlliməsi özünü bu sahədə tapır.

Bir müddət İngiltərədə çalışan qəhrəmanımız Londonda qərar tuta bilmir. İki il keçmir ki, doğma vətənə geri qayıdır və verdiyi qərar isə qəti olur: “Yalnız Azərbaycanda çalışmalı və özümü öz vətənimdə inkişaf etdirməliyəm”. Onun yanaşmasında adamlar, dost-tanışla irəli getmək, tapşırıqla işə düzəlmək anlayışı yoxdur. Hesab edir ki, bu işinin öhdəsindən gələ bilməməyin göstəricisidir. Məhz elə bu səbəbdən daim kənar dəstəyə ehtiyac duyurlar.

26 yaşında Bakıya gələn, 45 yaşında magist təhsili alan, sürətli karyera yolu keçən Sona Abbasovanı yeni vəzifəyə təyinatı münasibətilə təbrik edirik!

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …