Cümə , Noyabr 27 2020
Ana səhifə / Aktual / “Azercell”dən şikayət var – İnternet rəzaləti

“Azercell”dən şikayət var – İnternet rəzaləti

Bakı şəhərinin bəzi ərazilərində “Azercell” şirkətinin göstərdiyi internet xidmətlərində yaranan problemlər hələ də davam edir. Problemlə bağlı şikayətlərin əksəriyyəti Xətai rayonundandır.

Abunəçilərin “Report”a bildirdiyinə görə, hələ noyabr ayında problemlə bağlı şirkətə müraciət olunsa da, problem həllini tapmayıb.

Abunəçilər bildirirlər ki, 3G və 4G paketləri aktiv olunduğu halda faktiki internet sürəti xeyli aşağıdır: “3G və 4G sürətli paketlər ümumiyyətlə açılmır, həmin trafikə görə pul ödənilsə də “EDGE” şəbəkəsində xidmət olunur”.

Şirkət məsələ ilə bağlı “Report”un sorğusuna hələ cavab verməyib.

Həmçinin oxuyun

Zeynalabdin Tağıyevin Fransada yaşayan nəticəsi: “Tezliklə Qarabağda olcağam”

Zeynalabdin Tağıyevin Fransada yaşayan nəticəsi Alban Kloud Qarabağa səfər edəcəyini açıqlayıb. O, bununla bağlı “Facebook” …