Çərşənbə axşamı , Dekabr 1 2020
Ana səhifə / Aktual / “Azercell”-in prezidenti BMU–da tələbələrlə görüşdü

“Azercell”-in prezidenti BMU–da tələbələrlə görüşdü

“Azercell Telekom” MMC-nin prezidenti Vahid Mürsəliyev Bakı Mühəndislik Universitetinin qonağı olub. Universitetin rektoru, professor Havar Məmmədov qonağı qəbul edib və gələcək əməkdaşlıqla bağlı müzakirələr aparılıb.
Sonra tələbələrlə görüşən Vahid Mürsəliyev qeyd edib ki, “ tələbələrlə, gənclərlə görüşə tez-tez gedirəm. Məqsədim gənclərdə uğura doğru stimul yaratmaqdır. Bura gələndə bilirdim ki, ən savadlı tələbələrin qarşısında çıxış edəcəm.”
Həyat və əmək fəaliyyətini əks etdirən “ Uğur hekayəsi” ni danışan natiq tələbələrin çoxsaylı suallarını cavablandırıb.
“Azercell Telekom” MMC-nin prezidenti Vahid Mürsəliyev “Azercell”in bundan sonra da tələbələrin yanında olacağını bildirərək, onlara təhsillərində uğurlar diləyib.

Həmçinin oxuyun

Türkiyə MN-dən Laçınla bağlı paylaşım

Türkiyənin Milli Müdafiə Nazirliyi Azərbaycan Ordusunun Laçın rayonuna daxil olması ilə bağlı “Twitter” hesabında paylaşım …