Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Azarkeşlər Əliyar Ağayevi təhqir etdi – Qəbələdə gərginlik + Video

Azarkeşlər Əliyar Ağayevi təhqir etdi – Qəbələdə gərginlik + Video

Topaz Premyer Liqasının 2-ci turunda baş tutan “Qəbələ” – “Sumqayıt” (1:0) oyunundan sonra gərgin anlar yaşanıb.

“Qafqazinfo” xəbər verir ki, matçdan sonra hakim idarəçiliyindən narazı qalan yerli azarkeşlər qarşılaşmanın baş hakimi Əliyar Ağayevə etiraz ediblər.

Onlar referiyə oyunu düzgün idarə etməyini istədiklərini bildiriblər və onu söyüblər.  Ağayev cavabında düzgün idarəçilik etdiyini bildirsə də, fanatlar onu təhqir ediblər.

Tərəflər arasında yaşanan insidenti mühafizəçilər və klub rəsmiləri sakitləşdirib.

 

Həmçinin oxuyun

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu CƏRİMƏLƏDİ

“Qarabağ” FK-nın son günlər davamlı hal alan aqressivliyi ilə seçilən futbolçusu Elvin Cəfərquliyev baş məşqçi …

Bir cavab yazın