Cümə , Aprel 19 2024
Ana səhifə / Aktual / AZAL: Borca görə xaricə çıxış məhdudiyyəti tezliklə aradan qaldırılacaq

AZAL: Borca görə xaricə çıxış məhdudiyyəti tezliklə aradan qaldırılacaq

Artıq mülki-hüquqi öhdəliklərin icrasından yayınan borclu şəxslərin Azərbaycandan çıxışına qoyulmuş məhdudiyyətləri tez bir zamanda öyrənib, Heydər Əliyev Aeroportundakı qoyulmuş Elektron Ədliyyə Köşkləri vasitəsilə ödəmək mümkün olacaq.
Bu barədə Moderator.az-a “Azərbaycan Hava Yolları” QSC-dən (AZAL) bildirilib.
Məlumata görə, hər vətəndaş Heydər Əliyev Aeroportunda quraşdırılmış Elektron Ədliyyə Köşkləri vasitəsilə borcun olub-olmaması barədə məlumatı dəqiqləşdirib, onu yerindəcə ödəmək imkanı əldə edəcək. 
Vətəndaşın adı “Sərhədkeçməyə məhdudiyyət siyahısı”na Ədliyyə, Daxili İşlər, Fövqəladə Hallar, Vergilər, Müdafiə nazirlikləri, Baş Prokurorluq, Dövlət Sərhəd Xidməti, Dövlət Təhlükəsizliyi Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Dövlət Gömrük Komitəsinin tələbi ilə salınır.
Ədliyyə Nazirliyinin 2016-cı ildə istifadəyə verdiyi onlayn xidmət şəxsə ölkədən çıxış qadağasının olub-olmadığını öyrənməyə imkan verir, amma bu xidmət təkcə borcluları əhatə edir.
Daxili İşlər Nazirliyi də 2017-ci ildə eyniadlı elektron xidmət istifadəyə verib və bu xidmət də ancaq mülki-hüquqi öhdəlikləri olanları əhatə edir. 

Həmçinin oxuyun

Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir – VİDEO

İşğaldan azad edilmiş ərazilərdə daha bir mühüm strateji obyekt tam Azərbaycanın nəzarətinə keçəcək. Bunu açıqlamasında …