Ana səhifə / Aktual / Azad Rəhimov vəfat edib? – Nazirlikdən açıqlama

Azad Rəhimov vəfat edib? – Nazirlikdən açıqlama

ABŞ-da müalicə alan gənclər və idman naziri Azad Rəhimovun vəfat etməsi ilə bağlı xəbər yayılıb. 

“Qafqazinfo” məlumatı dəqiqləşdirmək üçün nazirliyin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova ilə əlaqə saxlayıb. 

O bildirib ki, nazirin vəfat etdiyi ilə bağlı xəbərlər həqiqəti əks etdirmir. Lakin hazırda A. Rəhimovun vəziyyəti ağır qiymətləndirilir. 

Qeyd edək ki, Azad Rəhimov ABŞ-da ağciyər xərçəngi və qaraciyər serrozundan müalicə olunur. Nazir yanvar ayında müalicə olunmaq üçün ABŞ-a yollanıb. O, 8 aydır ki, səlahiyyətlərini yerinə yetirə bilmir.

***

Unikal.org saytı isə nazirin xəstəxanada vəfat etdiyi barədə məlumat yayıb.

Həmçinin oxuyun

Rusiya sülhməramlılarının və İranın Qarabağda qanunsuz əməlləri davam edir – VİDEO

Qaçaqmalçılıq yolu ilə növbəti yük avtomobilləri İrandan Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan Laçın dəhlizi vasitəsilə …