Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Aktual / Azad olunan ərazilərin bərpası: ən vacib sənədlər ortada yoxdur… – Ekspert

Azad olunan ərazilərin bərpası: ən vacib sənədlər ortada yoxdur… – Ekspert

“Strateji vizyonu olmayan ölkə dayanıqlı və keyfiyyətli inkişaf modeli qura bilmir”.
Bunu iqtisadçı ekspert Rövşən Ağayev deyib. Onun fikrincə, strateji vizyon siyasi idarəetmənin daha uzun müddətli (ən azı 30 il-50 il) dövrdə ölkənin gələcək inkişafını planlaşdıra bilməsidir: 

“Məsələn, 2050-ci ildə arzuladığımız Azərbaycan modelini necə təsəvvür edirik? İstər təhsil, istər ekoloji problemlər, istərsə də demokratik inkişaf baxımından aydın hədəflər, dəqiq vizyon varmı? Bunu niyə yazıram? İşğaldan azad olunaraq bərpa olunan ərazilərdə məkan planlaşdırması, ərazi inkişafı ilə bağlı pərakəndə də olsa mütəxəssislər tərəfindən müəyyən təkliflər səsləndirlir, sosial şəbəkələrdə müzakirələr açılır. Amma ən vacib olan sənədlər ortada yoxdur – hansı ki, ən azından son 15 ildə bunların hazırlanmasının vacibliyi dəfələrlə hökumətə təklif olunub. Söhbət məkan şəhər (urban) və kənd inkişafı ilə bağl uzunmüddətli strategiyalaırn hazırlanmasından, həmin strategiyaların hazırlanması üçün proqramların işlənməsindən gedir. Hətta 2016-cı ildə Yol Xəritəsinə müstəqil təkliflər əsasında Kənd İnkişafı Proqramının hazırlanması daxil edildi, amma icra olunmamış qaldı”. Rövşən Ağayev qeyd edib ki, uzunmüddətli dövrdə şəhər və kənd inkişafına dair strategiyalar inkişaf etmiş dünyada hər yerdə var:
“Məsələn, yeni qurulacaq şəhərlərlə bağlı vizyon nədir – onlar monofunksiyalı şəhərlər olacaq, yoxsa diversifikasiya edilmiş iqtisadiyyata əsaslanacaq? Onların hər biri üçün hansı imkanlar, resurslar və manelər var? Yaxın 30 ildə biz Azərbaycan kəndinin simasını necə görürük və s.? Strateji vizyon və buna uyğun strateji planlama, strategiya sənədləri müasir idarəetmədə zəriru idarəçilik alətləridir. Strateji vizyon və hədəflər yoxdursa, demək, sən ancaq bu günlə yaşayırsan”. Qaynarinfo

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …