Şənbə , Aprel 20 2024
Ana səhifə / Aktual / Azad edilmiş yerlərə qayıtmayanlar köçkünlük statusunu itirəcəklər

Azad edilmiş yerlərə qayıtmayanlar köçkünlük statusunu itirəcəklər

“Prezidentin də vurğuladığı kimi, məcburi köçkünlər üçün işğaldan azad edilmiş ərazilərdə ən yüksək səviyyədə şərait yaradılacaq. Məcburi köçkünlərdən bu barədə səmimi cavab verməsi xahiş olunur. Ola bilsin ki, hər hansı bir köçkün qayıtmaq istəməsin. Təbii ki, bu, onun seçimidir”.

Bunu Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov Yeni TV-yə müsahibəsində deyib. 

O bildirib ki, bu zaman mövcud qanunvericiliyə uyğun olaraq onların məcburi köçkün statusu itirilmiş hesab olunacaq: “Təbii ki, bunun nəticəsi olaraq məcburi köçkünlərə və onlara bərabər tutulan şəxslərə şamil olan imtiyazlar əlbəttə öz qüvvəsini itirəcək”.
 
O qeyd edib ki, mövcud qanunvericiliyə dəyişiklik edilməsi istisna deyil: “Hətta bununla bağlı zərurət yaranıb”.

Həmçinin oxuyun

Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir – VİDEO

İşğaldan azad edilmiş ərazilərdə daha bir mühüm strateji obyekt tam Azərbaycanın nəzarətinə keçəcək. Bunu açıqlamasında …