Ana səhifə / Aktual / “Azərsu”nun SƏDRİ postu uğrunda Rafiq Aslanov və Zakir Quliyevin MÜBARİZƏSİ

“Azərsu”nun SƏDRİ postu uğrunda Rafiq Aslanov və Zakir Quliyevin MÜBARİZƏSİ

Azərsu”nun sədri olmaq uğrunda mübarizə gedir…

“Meliorasiya”nı bərbad günə qoyan Rafiq Aslanov və Zakir Quliyev “Azərsu”nu ələ keçirməyə çalışır..

Əslində Rafiq Aslanov və Zakir Quliyev  həbs olunmalıdır..

Azərbaycanda neqativ hallarla  bağlı  ən çox adı hallandırılan qurumlar  sırasında  “Meliorasiya və Su Təsərrüfatı” ASC ilə “Azərsu” ASC-nin adları ön sıralarda gedir. 
Qısa məlumat üçün qeyd edək ki, “Meliorasiya və Su Təsərrüfatı” ASC uzun müddət Kənd Təsərrüfatı Nazirliyinin tabeçiliyində olub və sonradan müstəqil quruma çevrilib. 
Ən vacib məsələ odur ki, hər iki qurum dövlət büdcəsindən kifayət qədər vəsait  alır.  
Bu qurumlar de-fakto NAZİRLİK  statuslu olmaqla büdcədən maliyyələşir. Hər iki ASC-nin bütün rayonlarda yerli təşkilatları, müxtəlif struktur bölmələri və s. var. Bütün bunlar isə hansısa kənar mənbədən deyil, birbaşa dövlət büdcəsindən maliyyələşir. 
Bu gün aparılan təhlillər göstərir ki, hər iki qurumda kifayət qədər problemlər var. 
“Meliorasiya”  deyir ki, suyun 50 faizi itkiyə gedir. Azərsu isə qiymətləri qaldırmaqla işini bitmiş hesab edir. Və hər iki qurumda ciddi korrupsiya faktları var. 
Bütün bunları nəzərə alan ekspertlər neçə ildir təklif edir ki, hər iki qurumu bir təşkilatda birləşdirmək və dövlətin xərclərini azaltmaq lazımdır. 
Ancaq hələ ki, hər iki qurum müstəqil fəaliyyət göstərir. 
Düzdür, son vaxtlar hər iki qurumda kadr dəyişikliyi oldu və hər iki qurumun rəhbərliyi vəzifədən uzaqlaşdırıldı. 
Hətta “Meliorasiya və Su Təsərrüfatı” ASC-yə yeni rəhbər təyin olunub – Zaur Mikayılov. 
Ancaq o biri qurum, yəni Azərsu ASC hələ də “başsız” qalıb. 
Düzdür, Köçərli Həsənov sədrin səlahiyyətlərini müvəqqəti həyata keçirir, yəni qurumda sədr postu  boşdur. 
Və  bu post uğrunda ciddi mübarizə gedir. 
Gundelik-Bakı-ya mötəbər mənbədən daxil olan məlumata görə, Azərsu-nun sədrliyi uğrunda mübarizədə “iki dost”un adı daha çox hallanır. 
Söhbət  “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin sədr müavinləri  Rafiq Aslanov və Zakir Quliyevdən gedir. 
Bəli, uzun illər  meliorasiya sahəsində “külüng çalan”, 50 faiz suyu “itirib” milyonlar qazanan  bu “dostlar” indi utanıb qızarmadan “Azərsu”ya rəhbər gəlmək istəyirlər. 
Düzdür, onlar üz-üzə olanda “Böyük dayaq” filmindəki Yastı Salman  və dostu kimi bir-birlərini tərifləyir, vallah səndən  yaxşı müavin olar, desələr də, ayrılıqda hər ikisi sədr olmaq üçün dəridən-qabıqdan çıxır, hər vəchlə “Azərsu”yu ələ keçirməyə çalışırlar. 
Kiminsə hansısa vəzifə uğrunda mübarizə aparması özlüyündə pis hal deyil, insan həmişə daha böyük vəzifələrə  can atır. 
Amma insanda bir abır-həya da olmalıdır. 
Adama deyərlər ki, uzun illər çalışdığın rəhbər vəzifələrdə nə etmisən ki, ( dağıtmaqdan başqa ) indi hələ yeni, daha böyük vəzifəyə can atırsan. 
Bəli, Rafiq Aslanov  39 ildir  meliorasiya  sahəsində məsul vəzifələrdə çalışıb və xeyli vaxtdır  “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin sədr müavinidir. Özü də maliyyə üzrə. 
Milyonlar  qazanan  bu adam  kənd sakinlərini  su üzünə həsrət qoyub. 
Bu adamın oğlunun təkcə  xarici avtomobil kolleksiyasının dəyərinə ölkənin yarısını su ilə təmin etmək olar. 
Bu adamın biznesi Londona qədər uzanıb keçir. 
Bu adam öz bacısı oğlu, qurumun Texnoloji İstehsalat Komplektləşdirmə İdarəsinin rəisi İlqar Əliyevlə birgə meliorasiya sahəsini öz şəxsi  şirkətləri kimi işlədirlər. 
Bu adi idarə rəisi özünə krallara layiq  kabinet düzəldib, 40 min manatlıq mebel alıb və daha nələr. 
Görəsən, nəyin hesabına ?
Əlbəttə, dayısının və özünün dövlətdən və xalqdan oğurladığı milyonların hesabına. 
Bu fərasətli bacıoğlu quruma məxsus  1 milyon dəyəri olan kranı satıb cibinə qoyub. 
Rafiq Aslanovdan soruşmaq lazımdır ki, Bakıdakı yüksəkmərtəbəli binanı, Qubanın Qəçrəş kəndindəki istirahət mərkəzini hansı pulla tikdirmisən ? 
Bütün bu cinayət əməlləri, korrupsiya halları ortada ola-ola, Rafiq Aslanov utanıb-qızarmadan, hələ bir Azərsu ASC-nin sədri də olmaq istəyir. 
Görək, Azərsu uğrunda mübarizə aparan digər iddiaçı  Zakir Quliyev  hansı əməllərin sahibidir. 
Zakir Quliyev də öz dostundan geri qalan deyil. 
Onun da biznesinin sorağı  Türkiyədən, Çexiyadan, İngiltərədən gəlir. 
ASC-nin sədr müavini Zakir Quliyevin   Sabirabadın Bəciravan kəndində böyük qum-çınqıl karxanası, rayonun  Zəngənə kəndi yaxınlığında böyük bir balıq vətəgəsi, villaları, bahalı mükləri və daha nələri…
Bəli, bu iki dost  Meliorasiya  sistemini xaraba günə qoyub, özləri isə milyonçuya çevriliblər. 
Əslində bu iki vəzifəli şəxs  təcili həbs olunmalıdırlar. 
Ancaq cəzasızlıq  mühiti bunlara imkan verir ki, nəinki həbs olunmaq, hətta Azərsu  sədri olmaq uğrunda yarışa çıxsınlar.

Həmçinin oxuyun

Quru sərhədlərin açılmaması ilə bağlı yeni versiyalar: Hökumət nədən çəkinir?

Azərbaycanın quru sərhədlərinin daha üç ay bağlı qalması ilə bağlı qəbul edilən axırıncı qərardan sonra …