Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / “Azərsun Holdinq” Vergilər Nazirliyinin şirkətdən 50 milyon istəməsilə bağlı yayılan xəbəri  jurnalist təxəyyülünün məhsulu sayır

“Azərsun Holdinq” Vergilər Nazirliyinin şirkətdən 50 milyon istəməsilə bağlı yayılan xəbəri  jurnalist təxəyyülünün məhsulu sayır

Məlum olduğu kimi, bəzi KİV-lərdə Vergilər Nazirliyinin “Azərsun Holdinq”dən 50 milyon manat xərrac alması ilə bağlı məlumat yayılıb.  Ancaq “Azərsun Holdinq”in ictimaiyyətlə əlaqələr və biznesin inkişafına dəstək Departamentinin müdiri Afiq Səfərov  məsələ ilə bağlı  açıqlama verərək Vergilər Nazirliyinin şirkətdən ödəniş tələb etdiyini təkzib edib:

“Qiymət artımı barədə açıqlama vermişik ki, bu, mərhələli şəkildə olacaq. Ancaq Vergilər Nazirliyinə 50 milyon ödənmə məsələsi doğru deyil, yanlış məlumatdır. Bunlar jurnalist təxəyyülünün məhsuludur. Tamamilə reallıqdan uzaq, absurd rəqəm  səsləndirirlər. Yəqin mətbuatda mövzu qıtlığıdır. Buna görə son vaxtlar yayılan məlumatlarda Vergilər Nazirliyini reket kimi təqdim etməyə çalışırlar. Vergilər Nazirliyi ilə sahibkarlıq subyektlərinin normal münasibətləri var, “Azərsun”la da həmçinin. Şirkət dövrü olaraq öz vergilərini ödəyir dövlətə. Biz bu cərimə məsələsini qəti şəkildə təkzib edirik”.

Azinforum.az

Həmçinin oxuyun

Təbriz Musayev: “Molla rejimi heç vaxt Ermənistanla bağlı Rusiya, Türkiyə və Azərbaycanla həmrəy mövqedən çıxış etməz” 

“Cənubi Qafqaz ölkələri birgə səylərlə Ermənistanın Qərb təsirinin tramplininə çevrilməsinin qarşısını almaq üçün məsləhətləşmə formatı …

Bir cavab yazın