Ana səhifə / Aktual / “Azərsu” sədrinin 100 milyonluq dəbdəbəli villası – VİDEO

“Azərsu” sədrinin 100 milyonluq dəbdəbəli villası – VİDEO

“Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynovun dəbdəbəli villası ilə bağlı məlumat yayılıb.

Bloger Həbib Müntəzirin yaydığı məlumata görə, villa Bakının Türkan qəsəbəsində yerləşir.

Xəzərin sahilində yerləşən villanın ərazisi 5 hektardır. Şəxsi çimərliyi olan malikanədə yaxtalar üçün liman, iri hovuz, xeyli sayda zeytun ağacları və futbol meydançası var. Qorxmaz Hüseynovun Nərimanov rayonunda da belə bir villasının olduğu bildirilir. “Azərsu” sədri hər iki villasında Yaponiyadan gətirdiyi itləri saxlayır, hətta onları öyrətmək üçün müəllim də tutub.

Həmçinin oxuyun

Quru sərhədlərin açılmaması ilə bağlı yeni versiyalar: Hökumət nədən çəkinir?

Azərbaycanın quru sərhədlərinin daha üç ay bağlı qalması ilə bağlı qəbul edilən axırıncı qərardan sonra …