Şənbə , Aprel 20 2024
Ana səhifə / “Azərsu” ASC 1000-ə yaxın tələbəni etiraza qalxmağa vadar edir

“Azərsu” ASC 1000-ə yaxın tələbəni etiraza qalxmağa vadar edir

Hazırda Bakı şəhərində bir qrup tələbə etiraz əlaməti olaraq, Binəqədi rayonu ərazisindəki mərkəzi magistral yolu kəsməyə hazırlaşır.

Bu barədə məlumatı Strateq.az-a  Azərbaycan Turizm və Menecment Universitetindən (Keçmiş Turizm İnstitutu-red)  veriblər. Mənbənin dediyinə görə, tələbələri etiraz etməyə vadar edən səbəb  “Azərsu” ASC-nin etdiyi qanunazidd əməlidir:

 

“Sözügedən dövlət qurumunun Binəqədi rayon idarəsi heç bir əsaslı səbəb olmadan universitetin nəzdində olana Bakı Turizm Peşə Məktəbinin  yerləşdiyi binanın suyunu kəsib. Hazırda məktəbi üfunət iyi basıb. Səbəbini binanın borcunun olması ilə izah edirlər. Ancaq bu bina bir neçə dəfə balansdan – balansa keçdiyi üçün, bütün komunal borclar silinib. Bizim borcumuzun nə qədər və hansı illəri əhatə etdiyi ilə bağlı  verdiyimiz suallara da, cavab tapa bilmirlər. Bu gün İsrailin Azərbaycandakı səfiri bura qonaq gəlir. Binada isə iydən dayanmaq olmur. Hətta binanın borcu olsa belə, onun bu qaydada tələb edilməsi də qanunauyğun deyil. Son çıxış yolu kimi tələbələr kütləvi etiraza qalxmaq yolunu seçib”.

Qeyd edək ki, sözügedən məktəbdə 1000-nə yaxın tələbənin oxuduğu bildirilir.

Deyilənlərə aydınlıq gətirmək üçün “Azərsu” ASC ilə əlaqə saxlamaq cəhdlərimiz heç bir səmərə vermədi. Onların da mövqeyini dinləməyə hazırıq.

Strateq.az

Həmçinin oxuyun

Naxçıvanın Maliyyə Nazirliyi səlahiyyət həddini aşdı, qanunu pozdu, Səlahiyyətli Nümayəndəlik isə… – FOTO

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində satınalma predmetini satın alan dövlət orqanları, büdcədənkənar dövlət fondları, dövlət …

Bir cavab yazın