Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Aktual / Azərbaycanlı sürücülər aksiya keçirdi: – Uşaqlarımız acdır…

Azərbaycanlı sürücülər aksiya keçirdi: – Uşaqlarımız acdır…

Şərqi Azərbaycan Yol və Daşımaçılıq İdarəsinin işçiləri uzun müddətdir maaşlarını ala bilmədikləri üçün etiraz aksiyası keçiriblər.

Axar.az xəbər verir ki, kütləvi etiraz aksiyası sentyabrın 18-də Şərqi Azərbaycan Valiliyi binası qarşısında keçirilib. Aksiyaya səbəb Yol və Daşımaçılıq İdarəsinin işçilərə maaşı vaxtı-vaxtında ödəməməsidir.

“Cari ildə bizim maaşımız ayda bir milyon tümən təyin olunub, lakin idarədən pul ala bilmirik. Orta hesabla idarə hər işçiyə təxminən 15 milyon tümən borcludur . 6 aydır maaş almırıq, uşaqlarımız acdır. Heç nə aydın deyil, biz bilmirik, qalan maaşımızı kimdən almalıyıq”.

Qeyd edək ki, Güney Azərbaycanın istehsal və sənaye müəssisələrində işlər zəiflədiyindən əksər müəssisələrin işçiləri maaşlarını vaxtı-vaxtında ala bilmir. Bu vəziyyətə bəzi rəsmi idarələrdə də rast gəlinir.

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …

Bir cavab yazın