Ana səhifə / Aktual / Azərbaycanlı qızla erməniqızın dostluğu sosial şəbəkəni bir-birinə vurdu – FOTO

Azərbaycanlı qızla erməniqızın dostluğu sosial şəbəkəni bir-birinə vurdu – FOTO

Amerikada yaşayan azərbaycanlı bloqer Ruslana Cavadovanın (Ruslana Gee) ilə erməni əsilli Karina Kasparyantsla dostluğu sosial şəbəkə istifadəçilərini qarşı-qarşıya qoyub.

BAKU.WS xəbər verir ki, Ruslana Gee şəxsi İnstaqram səhifəsində Karina ilə birlikdə çəkdirdiyi fotonu paylaşaraq belə yazıb:

“Axır ki, Karina ilə real həəyatda görüşdük. İkimiz də görüş qabağı çox həyəcan keçirmişik. Amman nahaq yerə. Hər şey möhtəşəm keçdi”.

Bu sözlərdən bəlli olur ki, qızlar uzun zamandır virtual həyatda dostluq edirlər. Müxtəlif ölkələrdə yaşadıqlarından görüşmək imkanları olmayıb. Amerikaya gedən Karina fürsətdən istifadə edib Ruslana ilə görüşüb.


Birgə çəkdirdikləri şəkli Kasparyants da öz səhifəsində paylaşıb və Ruslana ilə videoçarxlar çəkməyi planlaşdırdıqlarını, lakin hələ ideya axtarışında olduqlarını qeyd edib.


Azərbaycanlı və erməni qızların dostluğu sosial şəbəkədə birmənalı qarşılanmayıb. Bəzi izləyicilər onların dostluğunu dəstəkləsələr də, bir çoxu Azərbaycan və Ermənistan münaqişəsini əsas gətirərək bu əməkdaşlığı pisləyib.

İzləyicilərin bir qismi isə onları təqib etməkdən imtina etdiklərini yazaraq. səhifəni tərk ediblər.

Ruslana Bakıda doğulub. Model fəaliyyəti göstərib. Ruslana İstanbulda zərgərlik məmulatlarının dizayneri ixtisası üzrə təhsil alıb. Hazırda təhsilini Amerikada davam etdirir.

Karina Kasparyants Qazaxıstanda doğulub, sonra isə Rusiyanın paytaxtı Moskvaya köçüb.

Həmçinin oxuyun

Quru sərhədlərin açılmaması ilə bağlı yeni versiyalar: Hökumət nədən çəkinir?

Azərbaycanın quru sərhədlərinin daha üç ay bağlı qalması ilə bağlı qəbul edilən axırıncı qərardan sonra …