Çərşənbə axşamı , Mart 19 2024
Ana səhifə / Aktual / Azərbaycanlı iş adamı qardaşı oğluna səsləndi: – “Əli, dərhal get polisə və təslim ol!”

Azərbaycanlı iş adamı qardaşı oğluna səsləndi: – “Əli, dərhal get polisə və təslim ol!”

Kiyevdə qətlə yetirilən 22 yaşlı Cavid Hacıyevin ölümündə dostu Əli Abdullayev Aydın oğlu şübhəli bilinir. Əli yetərincə imkanlı ailənin övladıdır. O, “Altes Qrup” şirkətinin prezidenti Rüstəm Abdullayevin qardaşı oğludur.

R.Abdullayev qətl hadisəsindən sonra qaçıb gizlənən qardaşı oğluna səslənərək, onun hüquq-mühafizə orqanlarına təslim olmasını istəyib:

“Xəbər tutanda anasına və qardaşına bildirdim ki, Əli onlarla əlaqəyə girsə ondan polisə təslim olmasını tələb istəsinlər. Mən də öz növbəmdə tələb edirəm: “Əli, dərhal get polisə və təslim ol!”

Gizlənmək və qaçmaqla bu məsələ öz həllini tapmayacaq. Bu nə qədər sürə bilər?

Bir də, hüquq-mühafizə orqanlarına müraciət edirəm ki, Əlinin tapılmasında və cinayətin açılmasında öz köməklərini əsirgəməsinlər. Əgər Əli bu vəhşiliyi törədibsə, təbii ki, qanun qarşısında öz cəzasını almalıdır!”

Qeyd edək ki, Əlinin Ukraynada silsilə qətllər törətdiyi barədə məlumatlar var. “Səni axtarıram” proqramına zəng vuran Aynur adlı xanım, onun üzərinə rusca “Diqqət, manyak axtarılır” və ingiliscə “Təhlükəlidir” yazılmış fotosu “Whatsapp” vasitəsilə hər kəsə göndərildiyini bildirib.

Xatırladaq ki, 1997-ci il təvəllüdlü azərbaycanlı tələbə Cavid Hacıyev 2 oktyabrda Kiyevdə qətlə yetirilib. Rəsmən təsdiqlənməyən məlumata görə, o, öz həmyaşıdı, keçmiş tələbə yoldaşı Əli Abdullayev tərəfindən qətlə yetirilib. Almaniyada səfərdə olan Cavid Əli Abdullayev tərəfindən Kiyev şəhərinə qonaq çağırılıb. C.Hacıyev həmin şəhərə gedib. Ə.Abdullayevlə şəhəri gəzib dolaşdıqdan sonra elə onun kirayə etdiyi mənzildə yatdığı yerdə öldürülüb. İddialara görə, Ə.Abdullayev onu küt alətlə öldürüb, sonra bıçaqlayıb, daha sonra isə meyitlə qəddar davranıb. Meyiti yoxa çıxarmaq üçün bir çox üsullara əl atıb. /Baku.ws

Həmçinin oxuyun

Bakı Sağlamlıq Mərkəzində milyonlar necə xərclənir? – Asiman Həsənovun müəmmalı tenderləri…

Fevral ayının 21-də Bakı Sağlamlıq Mərkəzinə 2 dişinə plomb qoyulması üçün müraciət edən Xədicə Babazədinin …