Şənbə , Aprel 20 2024
Ana səhifə / Aktual / Azərbaycanlı iki uşaq Türkiyə və İran vətəndaşlarına övladlığa verilib

Azərbaycanlı iki uşaq Türkiyə və İran vətəndaşlarına övladlığa verilib

“2018-ci ildə əcnəbilər tərəfindən Azərbaycan vətəndaşı olan iki uşaq övladlığa götürülüb”.

Bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin baş məsləhətçisi Vəfa Ələkbərova deyib.

O bildirib ki, hər iki uşaq birinci nikahdan olan valideynlərin övladlarıdır: “Övladlığa götürən və xarici vətəndaş olan şəxs Azərbaycan vətəndaşı olan şəxslə nikaha daxil olduqdan sonra onun əvvəlki nikahdan olan uşağını övladlığa götürüb”.

V. Ələkbərova qeyd edib ki, uşaqlar Türkiyə və İran vətəndaşlarına övladlığa verilib. (APA)

Həmçinin oxuyun

Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir – VİDEO

İşğaldan azad edilmiş ərazilərdə daha bir mühüm strateji obyekt tam Azərbaycanın nəzarətinə keçəcək. Bunu açıqlamasında …