Şənbə , Aprel 20 2024
Ana səhifə / Aktual / “Azərbaycanlı hərbçi yalnız bu halda qaytarıla bilər” – Xandanyan

“Azərbaycanlı hərbçi yalnız bu halda qaytarıla bilər” – Xandanyan

“Azərbaycanlı hərbçinin qaytarılması hüquq-mühafizə orqanlarının araşdırmasından sonra bəlli olacaq”.

KONKRET.az xəbər verir ki,  bunu aprelin 11-də jurnalistlərə müsahibəsində Ermənistan parlamentinin xarici əlaqələr üzrə daimi komissiyasının sədri, hakim “Vətəndaş müqaviləsi” partiyasından olan deputat Sarkis Xandanyan bildirib.

O bildirib ki, Azərbaycan əsgərinin qaytarılması məsələsi fraksiya səviyyəsində müzakirə olunmayıb.

“Biz aydınlaşdırmalıyıq ki, onlar azıblar, yoxsa daha təhlükəli hədəflərlə əraziyə daxil olublar. Azərbaycanlıların Ermənistan ərazisinə daxil olması siyasi qiymət məsələsi deyil, hüquq-mühafizə orqanları bu suala cavab verməlidir. Çox güman ki, məlumat hərtərəfli olan kimi hüquq-mühafizə orqanlarının əməkdaşları müvafiq açıqlama verəcəklər”, – deyə Xandanyan bildirib.

Xatırladaq ki, Naxçıvan Muxtar Respublikasında Müdafiə Nazirliyinin iki hərbi qulluqçusu itkin düşüb. Hadisə Şahbuz rayonu istiqamətində baş verib. Əlverişsiz hava şəraitində məhdudgörmə səbəbindən əsgərlərimiz ərazidə istiqaməti itirərək azıblar.

Erməni mediası onlardan birinin əsir düşdüyünü, digərinin isə axtarışlarının davam etdiyini bildirib.

Həmçinin oxuyun

Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir – VİDEO

İşğaldan azad edilmiş ərazilərdə daha bir mühüm strateji obyekt tam Azərbaycanın nəzarətinə keçəcək. Bunu açıqlamasında …