Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Aktual / Azərbaycanlı gənc tualetin pəncərəsindən atılıb polisin əlindən qaçdı

Azərbaycanlı gənc tualetin pəncərəsindən atılıb polisin əlindən qaçdı

Quldurluqda təqsirləndirilən şəxs istintaq zamanı polisin əlindən qaça bilib.

Virtualaz.org saytı Rusiya KİV-lərinə istinadən xəbər verir ki, həmin şəxs istintaqda bir neçə dəqiqəlik fasilə verilməsindən istifadə edərək ayaqyoluna gedib və tualetin pəncərəsindən atılaraq qaçıb. Lakin bir neçə dəqiqədən sonra küçədə tutularaq yenidən polis idarəsinə qaytarılıb. Hadisə Moskvada baş verib.

Müstəntiqlərin əlindən qaçmağa çalışan şəxs Azərbaycan vətəndaşıdır. Polisin əlindən qaçmaq üçün unikal yol tapan və üçüncü mərtəbədən atılmağa risk edən 22 yaşlı gəncin adı açıqlanmır.

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …

Bir cavab yazın