Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Azərbaycanlı gənc “O səs Türkiyə”ni heyran etdi – VİDEO

Azərbaycanlı gənc “O səs Türkiyə”ni heyran etdi – VİDEO

“O səs Türkiyə”də daha bir azərbaycanlı yarışmaçı səhnəyə çıxıb.

Axşam.az  xəbər verir ki, Zülfü Əsədzadə musiqisi Cahangir Cahangirov, sözləri Zeynal Cabbarzadəyə aid olan “Ay qız” mahnısını səsləndirib.

O ifası ilə münsiflərin dördünü də özünə tərəf döndərib.

Z.Əsədzadə qeyd edib ki, o, Azərbaycanda əməkdar artist Aybəniz Haşımovanın “Bülbüllər” qrupunun solistidir.

Həmyerlimiz sonda Gökhan və Hakan qardaşlarını seçib.

Qeyd edək ki, TV8-də Acun İlıcalının aparıcılığı ilə təqdim olunan proqramın münsiflər kürsüsündə Sibel Can, Murad Boz, Hadisə, Gökhan və Hakan Özoğuz qardaşları oturub.

Həmçinin oxuyun

Neftdən büdcəyə daxilolmalar proqnozdan 217 mln. manat çoxdur

Dövlət büdcəsinin neft-qaz sektoru üzrə daxilolmaları 4562,6 milyon manat təşkil edib. Azinforum.az bu barədə Maliyyə …

Bir cavab yazın