Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Aktual / Azərbaycanlı deputatın maşını saxlanıldı: İcazəsiz Türkiyəyə daxil olub – FOTO

Azərbaycanlı deputatın maşını saxlanıldı: İcazəsiz Türkiyəyə daxil olub – FOTO

Bu gün İstanbulda azərbaycanlı millət vəkilinə aid olduğu deyilən Mercedes S-500 markalı avtomobil saxlanılıb. Unikal.org xəbər verir ki, İstanbul polisi 150 məkanda əməliyyat həyat keçirib. 2 min polis əməkdaşı həm hava, həm dəniz həm də quru yolu ilə basqını reallaşdırıb.
“Qurd Qapanı-16” əməliyyatı adlanan basqında saxlanılan şəxslər haqqında araşdırma aparılıb. Beşiktaş İskele adlı məkanda aparılan araşdırmada Azərbaycan (AZE 10 NN 715) dövlət nömrə nişanlı maşın saxlanılıb. Həmin maşının sahibinin azərbaycanlı millət vəkili olduğu deyilir. Maşın icazəsiz yolla Türkiyəyə daxil olub.

Həmçinin oxuyun

Quru sərhədlərin açılmaması ilə bağlı yeni versiyalar: Hökumət nədən çəkinir?

Azərbaycanın quru sərhədlərinin daha üç ay bağlı qalması ilə bağlı qəbul edilən axırıncı qərardan sonra …