Ana səhifə / Aktual / Azərbaycanlı BP-nin Avstraliya üzrə vitse-prezidenti oldu

Azərbaycanlı BP-nin Avstraliya üzrə vitse-prezidenti oldu

BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə regionu, həmçinin Şimali Afrika və Yaxın Şərq bölgəsi üzrə planlaşdırma və kommersiya əməliyyatlarına başçılıq edən Emil İsmayılov bu il mayın 1-dən BP-nin Avstraliya üzrə vitse-prezidenti təyin olunur.

Virtualaz.org bildirir ki, bu barədə Şirkət özü məlumat yayıb.

Məlumatda deyilir ki, bu yeni vəzifədə E. İsmayılov BP-nin Avstraliyadakı bütün Apstrim (kəşfiyyat və hasilat) biznesinə rəhbərlik edəcək və BP-nin Sakit Okean regionu üzrə rəhbər qrupunun üzvü olacaq.

Qeyd edək ki, E. İsmayılov neft və qaz sənayesində 19 ildən artıq təcrübəyə malikdir. Bu müddət ərzində o BP-nin Bakı, Aberdin və London ofislərində  müxtəlif vəzifələrdə çalışıb, bir sıra layihə və  birgə müəssisələrlə bağlı işlərə və biznes danışıqlarına başçılıq edib. BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz (Gary Jones) E. İsmayılovun BP-nin regiondakı biznesinin uğuruna böyük töhfələr verib: “Bir peşəkar azərbaycanlı kadrın belə yüksək beynəlxalq vəzifəyə təyin olunması çox sevindirici haldır. Emilə BP-dəki davamlı karyerasında yeni uğurlar diləyirik”.

Həmçinin oxuyun

Quru sərhədlərin açılmaması ilə bağlı yeni versiyalar: Hökumət nədən çəkinir?

Azərbaycanın quru sərhədlərinin daha üç ay bağlı qalması ilə bağlı qəbul edilən axırıncı qərardan sonra …