Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Azərbaycanlı bəstəkarın mahnısı türk musiqiçi tərəfindən oğurlanıb – ARAŞDIRMA + FOTO + VİDEO

Azərbaycanlı bəstəkarın mahnısı türk musiqiçi tərəfindən oğurlanıb – ARAŞDIRMA + FOTO + VİDEO

Əməkdar incəsənət xadimi, məşhur azərbaycanlı bəstəkarTahir Əkbərin bəstələdiyi “Əzizim” adlı mahnı qanun musiqi alətinin ifaçısı, Türkiyənin tanınmış musiqiçisiHalil Karadumantərəfindən illər əvvəl oğurlanıb.

Oxu.Azmövzu ilə bağlı araşdırma aparıb.

Tahir Əkbərsaytımıza müsahibəsində oğurluq faktını təsdiqləyərək bəstənin 1999-cu ildə Halil Karaduman (musiqi) və Ali Tekintürenin (söz) müəllifliyi ilə MESAM-da (Türkiye Musiki Eseri Sahipleri Meslek Birliği) qeydiyyatdan keçirildiyini bildirib.

 

Bəstəkar mahnının tarixçəsi barədə məlumat verib:

“Mahnını ilk dəfə Xalq artisti Nisə Qasımova 1989-cu ildə AzTV-də “Ömrün ayları” verilişində ifa edib. Şeiri mənə Fəxrəndə Məmmədli təqdim edərək ona mahnı bəstələməyimi xahiş etmişdi.

Mahnı dövlət televiziyasının fondunda qorunur və Müəllif Hüquqları Agentliyində qeydiyyatdan keçirilib.

Nisə xanım qonşu ölkələrə, o cümlədən Türkiyəyə qastrol səfəri zamanı bu mahnını və bəstənin daxil edildiyi albomu musiqisevərlərə təqdim edib. Bundan sonra mahnı musiqisi Halil Karaduman və sözləriAli Tekintürenin müəllifiliyi ilə Türkiyənin tanınmış ifaçıları tərəfindən səsləndirilib.

1990-cı ildə mənə zəng edib bildirdilər ki, sizin bəstənizi Türkiyənin “TGRT” telekanalında müğənni Nazlım ifa edir. Həmin verilişdə müğənni qeyd etdi ki, bu mahnı anonimdir, bəstəni çox bəyənir vəklip çəkdirmək istəyir. 1995-ci ildə isəonu albomuna daxil edir.

Bu yaxınlarda isə mənimlə türkiyəli müğənni Adnan Tayfun telefon vasitəsilə əlaqə saxlayaraq “Amin” əsərimi oxumaq istədiyini bildirdi. Söhbət əsnasında söylədim ki, artıq mənim bir neçə bəstəm türkiyəli ifaçılar tərəfindən səsləndirilib. Nəşə Karaböcək “Heç küsməyin yeridirmi?”ni, Nazlım və digərləri “Əzizim”i ifa edib.

Obildirdiki, “Əzizim” Azərbaycan mahnısı deyil, müəllifləri H.Karaduman və A.Tekintüredir. Mən sizə danışdığm kimi, bəstənin tarixçəsindən ona da bəhs etdim, çox təəccübləndi və mahnının MESAM-da 1999-cu ildə qeydiyyatdan keçirildiyini bildirdi. Söylədi ki, H.Karaduman 2012-ci ildə dünyasını dəyişib, amma A.Tekintüre sağdır. Mənə Türkiyəyə gələrək məsələni həll etməyi məsləhət gördü.

Halil Karaduman

Ali Tekintüre

“Əzizim” mahnısı Azərbaycanda Bədii Şura tərəfindən təsdiqlənib, əlimdə sənədlər var və məsələni həll etmək üçün yaxın günlərdə Türkiyəyə yollanacağam”.

Bəstə sonrakı illərdə azərbaycanlı ifaçılarTacir Şahmalıoğlu, Fədayə Laçın,“Xalq ulduzu”ndaŞəhla Həmidova, “Nanəli” proqramındaEldəniz Məmmədovvə digərləri tərəfindən səsləndirilib.

Mövzu ilə bağlı mahnının ilk ifaçısı Xalq artistiNisə Qasımovailə də əlaqə saxladıq:

Nisə Qasımova

“Əzizim” mahnısının ilk ifaçısı mən olmuşam. Tahir Əkbərin bəstəsidir. 1988-ci ildə lentə alınıb, 1989-cu ildə isə işıq üzü görüb. Bəstəni türkiyəli müğənni Güllü də ifa edib. Mən o zamanlar mahnının oğurlanması ilə bağlı səs-küy qaldırmışdım. Türkiyə ilə əlaqə saxlamağa çalışmışdım. Daha sonra sona qədər bu işin dalınca düşə bilmədim. Çünki 90-cı illərdən bu günə qədər Azərbaycanda şou-biznes sistemi rəsmi və sağlam şəkildə qurulmayıb.

Türklər bizim qardaşlarımız olsa da, dəfələrlə mahnılarımızı anonim kimi təqdim ediblər və yaxud sözlərində dəyişiklik edərək öz musiqiləri kimi qələmə veriblər. Bunların qarşısını almaq üçün rəsmi şəkildə tədbir görülməlidir”.

 

Həmçinin oxuyun

Neftdən büdcəyə daxilolmalar proqnozdan 217 mln. manat çoxdur

Dövlət büdcəsinin neft-qaz sektoru üzrə daxilolmaları 4562,6 milyon manat təşkil edib. Azinforum.az bu barədə Maliyyə …

Bir cavab yazın