Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Aktual / Azərbaycanla Şengen zonası arasında vizasız rejim tətbiq oluna bilər

Azərbaycanla Şengen zonası arasında vizasız rejim tətbiq oluna bilər

Xarici işlər naziri Elmar Məmmədyarov bildirib ki, Azərbaycanla Şengen zonası arasında vizasız rejim tətbiqinə dair imkanlar var.

O bunu RİA Novosti-yə müsahibəsində rəsmi Azərbaycanın Şengen zonası ilə vizasız rejimin mümkünlüyü ilə bağlı sualı cavablandırarkən deyib.

“Azərbaycanla Şengen zonası arasında vizasız rejim məsələsi Azərbaycan və Avropa İttifaqı arasında sadələşdirilmiş vizasız rejim və readmissiya haqqında saziş əsasında tənzimlənir. Biz hesab edirik ki, bu saziş çərçivəsində əldə edilmiş nəticələr vizasız rejimin libarellaşdırılması məsələsində əməkdaşlıq üçün imkanlar açır”, – deyə E.Məmmədyarov vurğulayıb.

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …