Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Aktual / “Azərbaycanla əldə olunan razılaşma vacibdir” – Paşinyan

“Azərbaycanla əldə olunan razılaşma vacibdir” – Paşinyan

“Azərbaycanla dəmir yolunun inşası ilə bağlı əldə olunan razılaşma vacib layihədir”.

“Qafqazinfo” xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin iclasında Arazdəyən-Culfa-Ordubad-Mehri-Horadiz dəmir yolu layihəsindən danışarkən deyib.

“Bu, vacib razılaşmadır və ümid edirəm ki, biz onu dəqiqliklə yerinə yetirəcəyik. Bu, regionda iqtisadi, siyasi, eləcə də təhlükəsizlik mühitini dəyişəcək vacib layihədir”, – deyə Paşinyan vurğulayıb.  

Onun sözlərinə görə, yaxın zamanlarda diqqəti bu tapşırığın həllinə yönəltmək lazımdır. O bildirib ki, həmçinin Prezident İlham Əliyevlə ikitərəfli gündəlikdəki məsələlər üzrə təmasların davam etdirilməsinə dair razılaşma da əldə olunub.

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …