Cümə , Aprel 19 2024
Ana səhifə / Aktual / Azərbaycanın xaricdəki səfirlik və konsulluqlarına yeni hüquq verilib

Azərbaycanın xaricdəki səfirlik və konsulluqlarına yeni hüquq verilib

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 25 may tarixli 408 nömrəli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Səfirliyi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Fərmana əsasən, Azərbaycanın xaricdəki səfirlikləri xarici ölkədə yaşayan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə, xarici ölkədə daimi yaşayan Azərbaycan Respublikasının vətəndaşlarına, xarici ölkədə fəaliyyət göstərən hüquqi şəxslərə elektron imza sertifikatının verilməsini təmin edəcək.

Dövlət başçısı 2007-ci “Azərbaycan Respublikasının Konsulluğu haqqında Əsasnamə”sində də müvafiq dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Həmçinin oxuyun

Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir – VİDEO

İşğaldan azad edilmiş ərazilərdə daha bir mühüm strateji obyekt tam Azərbaycanın nəzarətinə keçəcək. Bunu açıqlamasında …