Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Azərbaycanın qaz layihəsinə qarşı sabotaj

Azərbaycanın qaz layihəsinə qarşı sabotaj

İtaliyada Azərbaycan qazının Avropaya nəqli üçün nəzərdə tutulan Transadriatik Qaz Kəməri (TAP) layihəsinə qarşı təxribat törədilib.

Virtualaz.org saytı İtaliya KİV-lərinə istinadən xəbər verir ki, hadisə ölkənin cənubundakı Salento bölgəsində baş verib. Martın 26-da gecə bölgənin Melendugno şəhəri yaxınlığında TAP konsorsiumunun podratçı şirkətlərindən birinə məxsus iki texnika sıradan çıxarılıb. Texnikanın Azərbaycan qazının qəbulu üçün tikiləcək terminalın və qazın terminaldan nəqli üçün çəkiləcək kəmərin keçəcəyi ərazisində geotexniki təhqiqat işləri apardığı bildirilir.

Podratçı şirkətin əməkdaşları müəyyən ediblər ki, geotexniki təhqiqat işləri aparmaq üçün nəzərdə tutulan tırtıllı qazma texnikasının və bir yük  maşınının şüşələri sındırılıb, yanacaq çəni dağıdılıb və mühərriki sıradan çıxarılıb. Şirkət bildirib ki, sabotajla əlaqədar olaraq təhqiqat işləri ən azı bir həftə dayanacaq.

İtaliya mətbuatı yazır ki, bu sabotaj Romada TAP kəmərinin keçəcəyi marşrutun seçilməsi məsələsinə dair mərkəzi hökumətlə yerli bələdiyyə arasında keçirilmiş görüşdən sonra törədilib. İstisna deyil ki, yeni sabotajlar da törədiləcək. Melendugno bələdiyyəsi, Cənubi Salento bələdiyyələri şurası  və bir çox yerli qruplar TAP kəmərinin İtaliya hökuməti tərəfindən müəyyən edilmiş və təsdiqlənmiş marşrutuna qarşı çıxır. Neçə vaxtdır ki, TAP kəmərinin İtaliyanın cənubunda, Adriatik dənizi sahillərində yerləşən zeytun bağlarına zərər vuracağı haqda təbliğat aparılıb, aksiyalar keçirilib.

Həmçinin bir neçə ay əvvəl məlum olmuşdu ki, kəmərin Adriatik dənizinin sahillərində quruya çıxaraq Melandunyo bölgəsinə qədər çəkilməli olan 8 kilometrlik hissəsi üçün torpaq sahələrinin satın alınmasında korrupsiya və fırıldaq şübhələri yaranıb.Nəticədə prokurorlar və maliyyə polisi TAP kəməri üçün torpaq sahələrinin alınmasına dair araşdırma başladıblar. İtaliya mətbuatının yazdığına görə, TAP üçün torpaq sahələrinin alınmasında korrupsiya və fırıldağa yol verildiyinə dair dosye Melandunyo əyalət prokurorunun müavini Antonio Neqronun masası üzərindədir.

O, araşdırmanı maliyyə və ədliyyə polisi ilə birlikdə aparır. Təhqiqat qrupuna polkovnik Françesko Mazotta başçılıq edir. Polkovnik Mazotta Leççe əyalətinin maliyyə polisinin məhkəmə polisi qvardiyasının rəisidir. 46 yaşlı Mazottanın parlaq karyerası var. 2004-cü ildən Leççedə mafiya ilə mübarizə üzrə İstintaq İdarəsinə başçılıq edib. İtalyan mafiyasına – “Koza nostra”ya qarşı bir sıra uğurlu təhqiqatlar həyata keçirib.

Həmçinin oxuyun

Köhnə siyahılar üzrə ictimai rəyə soxuşdurulan “politoloq” və “hərbi şərhçi”lərlə vidalaşmağın zamanıdır…

Bir dəfə yazdım ki, ölkədə ard – arda iki devalvasiya baş verdi, bir nəfər iqtisadçının …

Bir cavab yazın