Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Aktual / Azərbaycanın “Oskar”a təqdim etdiyi film Los-Ancelesdə nümayiş olundu

Azərbaycanın “Oskar”a təqdim etdiyi film Los-Ancelesdə nümayiş olundu

ABŞ-ın Los-Anceles şəhərində keçirilən Asiya Dünya Film Festivalı çərçivəsində Azərbaycanın Oskar mükafatına təqdim etdiyi “Nar bağı” filmi nümayiş olunub.

Virtualaz.org Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğuna istinadən bildirir ki, filmin təqdimatından əvvəl çıxış edən baş konsul Nəsimi Ağayev kinematoqrafiyamızın 1898-ci ildən başlayan tarixi, mövcud ənənələri haqqında məlumat verib.

Azərbaycanın bu sahədə fəaliyyət göstərən ilk ölkələrdən olduğunu diqqətə çatdıran baş konsul ailə faciəsindən bəhs edən filmin gözəl sənət əsəri olduğunu bildirib.

Asiya Dünya Film Festivalının rəhbərliyinə təşəkkür edən diplomat uğurlu əməkdaşlığın artıq ikinci ildir davam etdiyini, ötən il festivalda Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın layihə rəhbəri və icraçı prodüseri olduğu “Əli və Nino”nun ilk açılış filmi kimi çox böyük uğur qazandığını qeyd edib.

Festivalın təsisçisi və icraçı direktoru Corc Şamşum çıxışında Azərbaycan filminin festival çərçivəsində nümayişindən və baş konsulluqla əməkdaşlıqdan məmnun olduğunu bildirib.

Azərbaycanın mütərəqqi inkişafından, zəngin mədəniyyəti və tarixindən danışan C.Şamşum ölkəmizin müsəlman dünyasında qadınlara seçki hüququ verən ilk ölkə olduğunu vurğulayıb.

Los-Ancelesdə yaşayan və Azərbaycan icması fəallarından olan Kimiya Məmmədova “Nar bağı” filminin rejissoru İlqar Nəcəf haqqında məlumat verib. İ.Nəcəfin müraciətini tamaşaçılara çatdıran K.Məmmədova filmin öncəki nümayişlərdə izləyicilərə dərin təəssürat bağışladığını qeyd edərək festivalda filmin uğur qazanacağına əminliyini ifadə edib.

Film tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanıb.

Həmçinin oxuyun

Quru sərhədlərin açılmaması ilə bağlı yeni versiyalar: Hökumət nədən çəkinir?

Azərbaycanın quru sərhədlərinin daha üç ay bağlı qalması ilə bağlı qəbul edilən axırıncı qərardan sonra …