Ana səhifə / Aktual / Azərbaycanın Gürcüstana etdiyi jestlər və abidə nankorluğu…

Azərbaycanın Gürcüstana etdiyi jestlər və abidə nankorluğu…

Pənah Hüseyn: “Bu, əxlaqa və mənəviyyata ziddir”;Vüqar Bayramov: “İqtisadi jestlər baxımdan Gürcüstan Azərbaycandan gələn təklifləri və səsləri dinləyəcək”

Yanvarın 20-də Gürcüstanın Axalkalaki rayonunun Buqaşen kəndində Dağlıq Qarabağ müharibəsində Azərbaycan xalqına qarşı hərbi cinayətlərdə iştirak etmiş Mixeil Avagyanın abidəsi ucaldılıb.

Bu hadisə bir neçə gündür Azərbaycanda ciddi etirazlara səbəb olub. Qonşu Gürcüstanla iqtisadi və siyasi münasibətlərin yüksək səviyyədə olması səbəbindən sonuncu tərəfindən bizim milli maraqlarımıza vurulan zərbə anlaşılan deyil. Bu günə qədər Azərbaycan Gürcüstan iqtisadiyyatına yetərincə böyük faydalar verib.

İqtisadçı, Real Partiyası İdarə Heyətinin üzvü Natiq Cəfərli “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, ümumiyyətlə, Gürcüstanın idarətetmə strukturu ilə Azərbaycan arasında ciddi fərqlər var. Müsahibimizin sözlərinə görə, orada yerli özünü idarəetmə güclü inkişaf edib və ermənilərin kompakt yaşadığı bölgə olan Axalkalakidə daha ciddi siyasətlə maraqlanırlar: “Ermənilərin bələdiyyə institutlarında təmsil olunması da heykəllər, parklarla bağlı bələdiyyələrin verdiyi qərarlarda təsir gücünə malikdir. Yerli bələdiyyələrin verdiyi qərar ona əsaslanmışdı ki, Azərbaycanda bu, ciddi etiraz doğuracaq. Cəmiyyət də çox hallarda Gürcüstanın idarəetmə quruluşunu bilmədiyi üçün Gürcüstan hökumətini və prezidentini suçlayırlar. Halbuki azərbaycanlılar orada daha ciddi siyasətlə məşğul olsaydılar, bələdiyyələrdə üstünlük qazansaydılar – say etibarilə azərbaycanlılar Gürcüstanda əzici üstünlüyə malikdirlər – azərbaycanlılar da orada bələdiyyə qərarı ilə məşhur azərbaycanlıların heykəllərini ucalda bilərdilər”.

Ä°lgili resim

N.Cəfərli həmçinin bildirdi ki, Gürcüstan bu mənada Azərbaycanın təbii iqtisadi uzantısıdır: “Gürcüstan bizi Avropaya bağlayan körpüdür. Bakı-Tiflis-Ceyhan xəttinə, TANAP, TAP layihələri, Bakı-Tiflis-Qars dəmir yolu xəttində Gürcüstana məcburiyyətdən sərmayə qoyulubdir. Gürcüstanda əhalinin qazla təmin olunmasında SOCAR mühüm rol oynayır. Bir var əhaliyə qazı satasan, bir də var daha yüksək qiymətə satasan. Azərbaycan Gürcüstana pul bağışlamır, öz iqtisadi maraqları çərçivəsində hərəkət edir”.

AXP sədri Pənah Hüseyn ile ilgili görsel sonucu

AXP sədri Pənah Hüseyn “Yeni Müsavat”a açıqlamasında istənilən halda Gürcüstan və Azərbaycan xalqları arasında xoş münasibətlərin qorunub saxlanmasının tərəfdarı olduğunu dedi. Onun sözlərinə görə, münasibətlərin müsbət məcrası rəqib və düşmənləri narahat edir: “Qarabağda dinc insanlara qarşı vəhşilik törətmiş bir şəxsə abidə ucaldılması açıq-aşkar fitnəkarlıqdır. Xocalı faciəsi beynəlxalq sənədlərdə də dinc əhaliyə qarşı qırğın kimi qeydə alınıb. Bu baxımdan həmin şəxsə Gürcüstanda abidə ucaldılması əxlaqa və mənəviyyata ziddir”.

İqtisadçı Vüqar ile ilgili görsel sonucu

İqtisadçı Vüqar Bayramov isə “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, Azərbaycanla Gürcüstan arasında əvvəlki dövrdə strateji-iqtisadi müttəfiqlik olub və bu, hazırda davam edir. Onun sözlərinə görə, xüsusən Azərbaycan tərəfi problemi həll etməyə çalışır: “Bu əməkdaşlıq yalnız enerji layihələrinin, eləcə də nəqliyyat layihələrinin Gürcüstan üzərindən keçməsidir. Habelə Azərbaycanın investisiyasının Gürcüstan iqtisadiyyatına töhfələri olub. 2018-ci ilin yekunları hazırlanır. Amma 2017-ci ilin yekunlarına görə, Azərbaycan Gürcüstana yönəldilən xarici investisiyaların həcminə görə birinci olub, Niderland isə ikinci. 1.8 milyard dollarlıq illik investisiya cəlb olunub Gürcüstan iqtisadiyyatına. Onun da 24.6 faizi, yəni, 1/4-i məhz Azərbaycanın payına düşür. Azərbaycan 465 milyon dollarlıq xarici investisiya ilə Gürcüstan iqtisadiyyatında birincidir. Niderland 356 milyon dollarlıq investisiyaya malikdir illik olaraq. Türkiyə 286 milyon dollarlıq investisiya qoyuluşu həyata keçirib. Eyni zamanda 2018-ci illə bağlı ilk məlumat onu göstərir ki, Azərbaycan birmənalı olaraq Gürcüstanda aparıcı xarici investor statusunu qoruyub saxlayıb. Bu da Azərbaycanın Gürcüstan iqtisadiyyatına bir töhfəsi kimi qiymətləndirilməlidir. Azərbaycanla Gürcüstan arasında iqtisadiyyatın dövriyyəsi 545 milyon 479 min dollar olub. Xüsusən nəzərə alsaq ki, yarım milyard dollardan artıq iki ölkə arasında investisiya dövriyyəsi var. Bu da xüsusən Gürcüstan nisbətən kiçik ölkə olduğu üçün yarım milyarda yaxın bu vəsait böyük rəqəm kimi xarakterizə olunmalıdır. Azərbaycanın iqtisadi jestləri çox olub. Azərbaycan xüsusən də enerji kəmərlərini Gürcüstan ərazisində reallaşdırmaqla Gürcüstanın strateji əhəmiyyətinin artmasına yardım göstərir. Yalnız Gürcüstanla Rusiya arasında münaqişə zamanı Gürcüstan tərəfə mavi qazın verilişi dayandırılanda Azərbaycan qısa zamanda Gürcüstana mavi qaz verdi. Baxmayaraq ki, o dönəmdə Azərbaycanın daxildə mavi qaza tələbatı var idi”.

V.Bayramov dedi ki, bu mənada Azərbaycan hər zaman Gürcüstana jestlər edib və Gürcüstan da bundan daimi olaraq faydalanıb: “Bu gün Gürcüstan iqtisadiyyatının inkişafında Azərbaycan investisiyasının reallaşdırdığı regional layihələrin payı heç də az deyil. O baxımdan, hər halda, iki ölkə arasında münasibətlərin korlanması arzuolunan deyil. Ümid edək ki, iqtisadi jestlər baxımdan Gürcüstan Azərbaycandan gələn təklifləri və səsləri dinləyəcək. Bu problemi qısa zamanda həll etməyə çalışacaq”.

Həmçinin oxuyun

Quru sərhədlərin açılmaması ilə bağlı yeni versiyalar: Hökumət nədən çəkinir?

Azərbaycanın quru sərhədlərinin daha üç ay bağlı qalması ilə bağlı qəbul edilən axırıncı qərardan sonra …