Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Aktual / Azərbaycanın baş pediatrından valideynlərə XƏBƏRDARLIQ: “Zamanında qarşısı alınmazsa … “

Azərbaycanın baş pediatrından valideynlərə XƏBƏRDARLIQ: “Zamanında qarşısı alınmazsa … “

“Uşaqlarda nevroloji xəstəliklər böyüklərdən müəyyən dərəcədə fərqlənir”.

“Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru, ölkənin baş pediatrı Nəsib Quliyev deyib.

N.Quliyev qeyd edib ki, 2014-cü ildən başlayaraq davamlı olaraq keçirilən uşaqların məcburi disparenzisasiyası vaxtında aşkar olunan xəstəliklərin erkən diaqnozunun müəyyənləşdirilməsi və müalicə sağlamlaşdırma tədbirlərinin aparılması baxımından əhəmiyyətlidir.

Baş pediatr valideynlərə müraciət edərək bildirib ki, uşaqlıq dövründə bu problemlər aradan qaldırılarsa, cəmiyyətə böyük dəstək verilə bilər: “Zamanında nevroloji xəstəliklərin qarşısı alınmazsa uşaqlar arasında əlilliyin sayı da kifayət qədər çox olacaq. Odur ki, icbari disparenzasiya vacibdir. Belə ki, körpə doğulan gündən sonrakı müddətdə 12-13 dəfə müayinəyə cəlb edilməlidir ki, onda olan problemlər vaxtında aşkarlansın”.

Həmçinin oxuyun

Quru sərhədlərin açılmaması ilə bağlı yeni versiyalar: Hökumət nədən çəkinir?

Azərbaycanın quru sərhədlərinin daha üç ay bağlı qalması ilə bağlı qəbul edilən axırıncı qərardan sonra …