Cümə , Aprel 19 2024
Ana səhifə / Aktual / Azərbaycandan Gürcüstana gedən turistlər xəstəxanaya yerləşdirildi – Yüksək qızdırmaları olub

Azərbaycandan Gürcüstana gedən turistlər xəstəxanaya yerləşdirildi – Yüksək qızdırmaları olub

Gürcüstanın Kazbegi rayonunda bir qrup çinli turist təcili yardım maşını ilə Tbilisi İnfeksion Xəstəliklər xəstəxanasına gətirilib. Bu barədə Gürcüstan Xəstəliklərə Nəzarət Milli Mərkəzinin Elmi Şurasının sədri Paata İmnadze məlumat verib. 
O bildirib ki, buna turistlərin arasında iki azyaşlıda yüksək hərarətin olması səbəb olub: “Çinli turistlər koronavirusun yayıldığı Uhan vilayətindən 1300 km uzaqlıqda yerləşən bölgədən gəliblər və bu bölgədə virusa rast gəlinməyib”.  
P. İmnadze qeyd edib ki, həmin şəxslər müvafiq qaydada müayinədən keçiriləcək və yoxlanılacaqlar. 
O, koronavirus ehtimalının olmadığını, bununla belə qaydalara müvafiq olaraq həmin şəxslərin izolyasiya ediləcəklərini vurğulayıb.
Çinli turistlərin yanvarın 21-də Çindən Bakıya, yanvarın 25-də isə Bakıdan Gürcüstana gəldiyi bildirilir.(apa)

Həmçinin oxuyun

“Rusiya Azərbaycan vasitəsilə Paşinyanı cəzalandırmaq niyyətindədir”

Siyasi Menecment İnstitutunun direktoru Azər Qasımlı Meydan TV-yə deyir ki, Rusiya sülhməramlılarının Azərbaycanı vaxtından əvvəl …