Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Aktual / Azərbaycanda yüksək vəzifəli məmur canlı yayımda suallara cavab verdi – VİDEO

Azərbaycanda yüksək vəzifəli məmur canlı yayımda suallara cavab verdi – VİDEO

Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov “Facebook” sosial şəbəkəsində sualları canlı yayımda cavablayıb.


Mia.az xəbər verir ki, DMX rəisi təxminən bir saat ərzində sosial şəbəkə istifadəçilərinin suallarına cavab verib.
Dövlət Miqrasiya Xidmətində işə düzəlməklə bağlı suallar üstünlük təşkil edib. V. Hüseynov bildirib ki, vətəndaşlar bir çox hallarda sosial şəbəkə vasitəsilə ona CV-lər göndərirlər. Həmin CV-lərə baxılsa da, işə qəbul müsabiqə əsasında keçirilir.
Suallar arasında ikinci yerdə vətəndaşlığa qəbul və vətəndaşlıqdan çıxma ilə bağlı olub.
DMX rəisi bu formatlı ünsiyyəti davam etdirməyə çalışacağını deyib.

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …