Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Aktual / Azərbaycanda son 24 saatda neçə nəfər koronavirusa yoluxub? (RƏSMİ)

Azərbaycanda son 24 saatda neçə nəfər koronavirusa yoluxub? (RƏSMİ)

Azərbaycan Respublikasında 40 yeni koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı qeydə alınıb. 
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, 50 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. 
Hazırkı dövrədək ölkəmizdə 1 098 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 250 nəfər müalicə olunaraq sağalıb, 11 nəfər vəfat edib, 837 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 24 nəfərin vəziyyəti ağır, 37 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.
Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 66 677 test aparılıb.

Həmçinin oxuyun

Quru sərhədlərin açılmaması ilə bağlı yeni versiyalar: Hökumət nədən çəkinir?

Azərbaycanın quru sərhədlərinin daha üç ay bağlı qalması ilə bağlı qəbul edilən axırıncı qərardan sonra …