Şənbə , Aprel 20 2024
Ana səhifə / Aktual / Azərbaycanda siyasi terrora haqq qazandıranlar…

Azərbaycanda siyasi terrora haqq qazandıranlar…

Rusiyanın məşhur ictimai xadimi, filosof və politoloq, Rusiya Prezidenti Vladimir Putinin məsləhətçisi Aleksandr Duqinin qızı Darya Duqinanın terror nəticəsində öldürülməsi anti-Rusiya koalisiyasına bağlı olan rusiyadaxili qüvvələrin işidir.

ABŞ və Qərbin Rusiyanı Ukraynada qəfil yaxalayaraq, müharibə cəlb edib onu məğlub etmək, parçalamaq çəhdləri demək olar ki, tam fiaskoya uğrayıb. Ukrayna müharibəsində Kiyevin üstün mövqedə olmasını yalnız Qərbin informasiya resurslarının məqsədli şəkildə dünyanın beyninə sırıdığı yalandır.

Belə olan halda, həmin anti-Rusiya qüvvələri öz məğlubiyyətlərini terror törətmək və bunun nəticəsində ölkəni daxilndən çalxalamaq yolunu seçiblər. Hətta Qədim Roma İmperiyasının zamanından belə, cəmiyyətdəki tanınmış adamlara süiqəsdlər təşkil etməklə, ölkələrdəki daxili vəziyyəti nəzarətdən çıxarma taktikaları olub.

Azərbaycan da öz müstəqillik tarixində belə terrorlarla çox üzləşib. Afiyyədin Cəlilov , Şəmsi Rəhimov, Ziya Bünyadov, Fətullah Hüseynov və s. kimi tanınmış xadimlərin siyasi terror nəticəsində aradan götürülməsi buna sübutdur. Həmin vaxt da hədəf kimi öldürülən şəxslərdən daha çox Azərbaycan dövlətçiliyi seçilirdi.

Çox təəssüflə qeyd edim ki, Azərbaycanda Duqinin 30 yaşlı qızına qarşı törədilən terrora sevinənlər, bu addımı alıqışlayanlara rast gəlirik. Bu mövqeyi bölüşənlər arasında cəmiyyətdə tanınmış sayılan bir çox şəxslərin olması daha məyyusedicidir. Bİz cəmiyyət olaraq yəni bu cür psixoloji gərginlik fazasına daxil olmuşuq ki, terrora haqq qazandırırıq? Məgər, terrorun vətəni var?

Bu iyrənc hadisə zamanı 30 yaşlı cavan bir qız atasına görə hədəf seçilib. Buna necə sevinmək olar? Həmin o sevinənlərin öz ictimai mövqelərinə görə övladları öldürülsə, bunu necə qarşılayarlar?
Bəziləri bu “sevinclərini” Rusiyanın törətdiyi 20 yanvar, dolayısı ilə əlinin olduğu Xocalı qətlamı ilə kompensasiya edib, özlərini haqlı çıxarmağa çalışırlar. Duqinin həmin hadisələrə nə dəxli var?

Aleksandr Duqin təsadüfən hədəf seçilməyib. O, son vaxtlar geniş populyarlıq qazanan Avrasiyaçılıq ideologiyasının əsas ideoloqudur. Bu ideologiyanın əsas məğzi bəşəriyyəti birqütblü hegemon idarəiçilikdən xilas etməkdir. Yəni anqlosaks ittifaqına qarşı qoyulan alternativ bir nəzəriyyədir. Diqinin əlinə silah alıb kiminləsə vuruşmur ki, onunla silahla haqq-hesab çəkənlərə haqq qazandıraq.

O, bir alimdir. Onunla mübarizə də, ideoloji müstəvidə aparılmalıdır. Əslində, Qərb ideoloqları bu hadisə ilə Avroasiyaçılığın qarşısında duruş gətirə bilmədiklərini bir daha sübut etmiş oldular. Terrora lənət deyək! Allahdan Darya Duqinə rəhmət diləyirəm!

Məhəmmədəli QƏRİBLİ,

Azinforum.az

Həmçinin oxuyun

Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir – VİDEO

İşğaldan azad edilmiş ərazilərdə daha bir mühüm strateji obyekt tam Azərbaycanın nəzarətinə keçəcək. Bunu açıqlamasında …