Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Aktual / Azərbaycanda satılan 3 kitabdan biri “piratçılıq” məhsuludur

Azərbaycanda satılan 3 kitabdan biri “piratçılıq” məhsuludur

“Piratçılığa qarşı görülən tədbirlər nəticəsində 2005-ci illə müqayisədə piratçılığın səviyyəsi kitab satışı sahəsində 61%-dən 29%-ə, audio-video məhsul bazarında 90%-dən 65%-ə, proqram təminatında 96%-dən 75%-ə düşüb”.

“Report” xəbər verir ki, bunu “Müəllif hüququna hörmətin aşılanması və rəqəmsal mühitdə piratçılığa və kontrafaktçılığa qarşı mübarizə” mövzusunda beynəlxalq konfransda Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanov deyib.

O bildirib ki, bütün beynəlxalq müqavilələrdə iştirak edən, 24 illik inkişaf yolu keçmiş müstəqil Azərbaycanın müəllif-hüquq sisteminə qiymət verilərək Azərbaycanın Ümumdünya Əqli Mülkiyyət Təşkilatının Rəhbər Koordinasiya və Büdcə Komitələrində təmsil olunması, həmkarlarımızın beynəlxalq ekspert səviyyəsində çıxış etməsi və nümayəndəmizin Müəllif hüququna dair ÜƏMT-nin Müqaviləsi Assambleyasının vitse-prezidenti seçilməsi dəlalət edir.

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …