Şənbə , Aprel 20 2024
Ana səhifə / Aktual / Azərbaycanda şagirdlər Təhsil Nazirliyinin müəyyənləşdirdiyi məktəbli formalarını geyinəcək

Azərbaycanda şagirdlər Təhsil Nazirliyinin müəyyənləşdirdiyi məktəbli formalarını geyinəcək

Azərbaycanda ümumi təhsil müəssisələrində təhsilalanlar üçün müvafiq icra hakimiyyəti orqanı (Təhsil Nazirliyi) tərəfindən müəyyən olunmuş geyim formaları tətbiq ediləcək.

“Report” xəbər verir ki, bu, yeni hazırlanan “Ümumi təhsil haqqında” qanun layihəsində qeyd olunub.

Qanun layihəsinin 12-ci (Ümumi təhsil müəssisəsi) maddəsində bildirilib ki, ümumi təhsil müəssisəsində təhsilalanlar üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş geyim formaları tətbiq ediləcək.

Yeni hazırlanan qanun layihəsi parlamentin “Elm və təhsil” komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb. Komitə sədri İsa Həbibbəyli bildirib ki, bəzi məktəblərdə məktəbli forması tətbiq olunsa da, ancaq bütün məktəbləri əhatə etməyib.

Həmçinin oxuyun

Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir – VİDEO

İşğaldan azad edilmiş ərazilərdə daha bir mühüm strateji obyekt tam Azərbaycanın nəzarətinə keçəcək. Bunu açıqlamasında …