Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Aktual / Azərbaycanda radio rəhbəri bütün heyəti ilə işdən çıxarıldı

Azərbaycanda radio rəhbəri bütün heyəti ilə işdən çıxarıldı

Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinə aid 107.7 FM dalğasında yayımlanan “Avto Radio”nun rəhbəri Cavid Nemətzadə və komandası işindən ayrılıb.
Azinforum.az \”Ölkə.Az\”-a istinadən xəbər verir ki, on beş nəfərlik komandadan on ikisi iş yerini tərk edib. C.Nemətzadə faktı təsdiqləyib:
\”Sentyabrın 9-dan rəhbərlik qərara aldı ki, menecment idarəetməni \”Beat Group\”a təhvil versin. \”Avto Radio\” mənimlə yarandı, mənimlə də getdi. Artıq rebrending edərək, adını da dəyişiblər. \”Instagram\” səhifələrində də dəyişiklik var. Rəhbərlik \”Beat Group\”la işləmək və yeni mahnılar vermək qərarına gəldi. Mənə deyilən səbəb bu idi. Görünür, mənim götürdüyüm istiqamət, retro rəhbərliyin xoşuna gəlmir, yeni mahnılar eşitmək istəyir. Özümə maraqlı gəldi ki, niyə bu işi bizə yox, \”Beat Group\”a həvalə etdilər. Bu artıq böyük sualdır. Sizin vasitənizlə yeni komandaya uğurlar arzu etmək istəyirəm. Biz oradan rəhbərlik etdiyim komandayla çıxmışıq. On beş nəfər idik, üç nəfər onlarla işləyəcək. Digər on iki nəfər prodakşn kimi fəaliyyətimizi davam etdirəcəyik\”.
Qeyd edək ki, Cavid Nemətzadə ötən ilin sentyabrında Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinə aid 107.7 FM dalğasında yayımlanan \”Avto Radio\”ya rəhbər təyin edilmişdi.

Həmçinin oxuyun

MSK Azadlıq Partiyasını niyə siyahıdan çıxarıb? – Açıqlama

Mərkəzi Seçki Komissiyasının (MSK) 2023-cü ilin yekunu ilə bağlı açıqladığı məlumata görə Azərbaycanda dövlət qeydiyyatına …

Bir cavab yazın